Banner
Banner

Faydalı Məlumatlar

Təyinatsız müalicə qadında bu xəstəliklərə - SƏBƏB OLDU  

Təyinatsız müalicə qadında bu xəstəliklərə - SƏBƏB OLDU   
14:00 13 May 2021

Həkim təyinatı olmadan, özbaşına müalicə almaq cəhdləri əksər vaxtı pis nəticələnir. Bu hallar son dövrlər COVİD-19-a qarşı evdə müalicə alan insanlarda müşahidə edilir.

Tibb.fed.az tanınmış daxili xəstəliklər uzmanı, həkim Ramin Cavadovun bununla bağlı açıqlama verdiyini bildirir. O, əvvəllər heç bir şikayəti və xəstəliyi olmayan 62 yaşlı qadının özünü müalicə nəticəsində xəstəliyə düçar olduğunu deyib: “62 yaşlı qadın xəstə daha öncədən bilinən xəstəliyi və şikayəti olmayıb.

15 gün öncə yoldaşına COVİD-19 infeksiyası üçün müalicə yazılıb, yoluxmamaq məqsədi ilə yoldaşına yazılan "sistemləri" (pascorbin və deksametazonlu sistem) 5 gün özünə etdirdikdən sonra

-gedərək artan halsızlıq,

-ağız quruluğu,

-susuzluq hissi və s. şikayətlərin ortaya çıxması səbəbi ilə müraciət etdi.

Diabet düşünülərək uyqun analizlər istəndi, toxluq qan şəkəri 683, 3 aylıq ortalama şəkər 12.6 olaraq görüldü.

Nəticə;

1. Xəstədə daha öncədən şəkərli diabet olduğu halda məlumatı olmayıb, deksametazon ve vitamin C qan şəkərin daha yüksəldərək əlamət verməsinə səbəb olub.

2.Həkim nəzarəti olmadan dərman istifadəsi doğru deyil.

3.Yaxşı və pis dərman yoxdur, uyqun olan və olmayan dərman vardır.

4. Başqası üçün faydalı olan dərman sizin üçün zərərli ola bilər.

5. Covid-19 üçün profilaktik müalicə yoxdur, yoluxmanı önləyən vəya azaldan dərman yoxdur.Qorunmanın tək yolu məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına əməl etməkdir.

6. 40 yaş sonrası müntəzəm kontroldan keçmək tövsiyyəsini diqqətə almaq lazımdır”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner