Banner
Banner

Faydalı Məlumatlar

Stressə qarşı dözümlülüyü artırmağın – YOLLARI

Stressə qarşı dözümlülüyü artırmağın  – YOLLARI
12:25 4 Aprel 2021

Gündəlik və adi həyat tərzinizdə özünüz də bilmədən stress vəziyyətinə düşə bilərsiniz. Bunun səbəbi nədədir və yaranmış vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır?

Tibb.fed.az stressə qarşı dözümlülüyü artırmağın yollarını, stress reaksiyalarını yaradan vəziyyətləri təqdim edir.

Türkiyə Psixiatriya Dərnəyinə görə, aşağıdakı qruplar stressə qarşı ən dözümsüz ola bilərlər:

-Əvvəlcədən nevroloji problemləri və psixiatrik və psixoloji narahatçılıqları olanlar və mualicə alanlar;

-Uşaqlar və yeniyetmələr;

-Həkimlər və digər tibbi xidmət verən işçilər (xüsusi ilə virusa yoluxmuş insanlarla qarşılaşma riski ən yüksək olan tibb işçiləri);

Stress reaksiyaları bunlar ola bilər

-Öz sağlıq vəziyyəti və ya yaxınlarına virus keçirməklə əlaqəli qorxu və təlaş;

-Yuxu və yemək rejiminin pozulması;

-Diqqəti toplamaqda çətinlik;

-Xroniki xəstəliklərin şiddətlənməsi (allergiya, ürək damar xəstəlikləri, şəkər, təzyiq və s. kimi sistematik xəstəliklər);

-Alkaqol, tütün və digər vasitələrdən istifadənin artması

Stressə qarşı dözümlülüyü artırmaq

-COVID19 ilə əlaqəli məlumatlara həddindən çox məruz qalmanın qarşısını almaq;

-Bədənimizə yaxşı qulluq etməklə sağlıqlı qidalanmaq, mütəmadi hərəkətlilik və idman etmək, bol miqdarda yatmaq və dincəlmək, spirtli içki, tütün və narkotik vasitələrdən uzaq olmaq;

-Rahatlamaq üçün özünüzə vaxt ayırın, bu narahatçılığın və güclü qorxunun keçəcəyini özünüzə xatırladın;

-Xəbər və sosial media izləmək məyusluq, qəmginlik yarada bilər. Normal həyata qayıtmaq üçün sevdiyiniz şeylərə qayıtmağa, hobbilərinizə məşğul olmağa çalışın;

-Ümid hissini qoruyun və müsbət düşünməyə davam edin.

-Hisslərinizi ailə fərdləriniz və yaxınlarınızla bölüşün

-Baş etməkdə çətinlik yaşadığınız vəziyyətlərdə, ruh xəstəlikləri  uzmanına müraciət edin

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner