Banner
Banner

Faydalı Məlumatlar

Sinədəkı ağrının səbəbini müəyyənləşdirməyin - 3 ÜSULU

Sinədəkı ağrının səbəbini müəyyənləşdirməyin - 3 ÜSULU
11:36 19 May 2021

Sinədə ağrı hiss edən insanın ilk fikri bunun ürək tutması olmasıyla bağlıdır.

Tibb.fed.az həkimlərə istinadla bildirir ki, sinədə baş verən hər belə ağrı ürəklə bağlı olmaya da bilər. Bunun səbəbi panik atak, sinir gərginliyi, həyacan ola bilər.

Bəs bunu necə ayırd edək?

Sinədə ağrının səbəbini təyin etmək üçün aşağıdakı simptomlara fikir vermək lazımdır:

- Ağrı 10 dəqiqədən çox davam etmir və onun intensivliyi artmır. Ürək tutması isə əksinə, 10 dəqiqədən çox çəkir, ağrı tədricən artır. Həyəcan, panik atak zamanı ağrı adətən bir neçə dəqiqə davam edir və artmır.

- Ağrı yalnız ürək nahiyəsində hiss olunur. Ürək ağrısı çənə, qol, çiyinə “vurur”. Sinirlərlə bağlı olan ağrı isə yalnız sinədə hiss olunur.

- Ağrı döş qəfəsinin sağ tərəfində, yuxarısında və ya digər yerlərdə hiss olunur. Ürək ağrısı isə döş qəfəsinin sol tərəfində və ya ortasında hiss olunur. Nevroloji pozulmalar zamanı isə ağrı döş qəfəsinin istənilən yerində hiss oluna bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner