Banner
Banner

Faydalı Məlumatlar

Sağlamlıq üçün ən vacib - 5 ƏDVİYYAT

Sağlamlıq üçün ən vacib - 5 ƏDVİYYAT
16:27 19 Aprel 2021

Ekzotik maddələr axtarmağa ehtiyac yoxdur; sağlam ədviyyatları bu gün istənilən mağazadan almaq olar. Sadəcə onların istifadəsi zamanı həddi aşmamaq vacibdir. Mədə və əhval üçün vacib olan qədər əlavə etmək kifayətdir.

Tibb.fed.az sağlamlıq üçün vacib olan ədviyyatları təqdim edir:

Darçın qanda şəkərin səviyyəsini azaldır. Məşhur darçın qabığı ədviyyatı bir çox yeməkdə istifadə olunur. Diabet xəstələri və qanda şəkəri yüksək olanlar üçün faydalıdır, çünki qidaya şəkər əlavə etmədən şirinlik yaradır. Darçın həm də xolesterol və trigliserid səviyyələrini aşağı salmaqla ürək üçün faydalıdır. Darçın diabet dərmanının əvəzi deyil, yaxşı bir tamamlayıcı dərmandır.

Sarıkök iltihabla mübarizə aparır. Hindistan yeməklərində əsrlər boyu karri hazırlamaq üçün sarıkökdən istifadə edir. Bu ədviyyat, narahatlıq və ağrının yaygın bir səbəbi olan iltihabı azaltmaq qabiliyyəti sayəsində dəb halına gəlib. Ədvənin əsas komponenti qoca demans və depressiya ilə əlaqəli beyindəki iltihab proseslərinə təsir göstərə bilən kurkumindir. Kurkumin artrit ağrısını aradan qaldırmaqda da təsirlidir.

Zəncəfil ürək bulanmasına kömək edir. Tropik bitki Asiya mədəniyyətlərində mədə pozuntusunu, ishal və ürək bulanmasını müalicə etmək üçün min illərdir istifadə olunur. Zəncəfilin hamiləliklə əlaqəli ürək bulantı əlamətlərini azaldır və əməliyyatdan sonra mədə problemlərini aradan qaldırır. Zəncəfil həmçinin kimyəvi dərman müalicəsinin xüsusi dərmanlarla birlikdə edilməsi səbəbindən ürəkbulanma zamanı da təsirli olur.

Ağrı kəsici üçün Kayyen bibəri. Cənubi-Qərbi Amerika və Meksika xalqlarının mətbəxində məşhur olan yandırıcı bibər. Bu bibərin tərkibində beyinə göndərilən ağrı siqnallarını azaldan kapsaisin var. Artrit ağrısı və diabetlə əlaqəli nevropatiya üçün təsirli olur. Kapsaisin kremi birbaşa oynaqlara və əzələlərə tətbiq oluna bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner