Banner
Banner

Faydalı Məlumatlar

Sağlam yuxu üçün professordan - 12 QIZIL MƏSLƏHƏT

Sağlam yuxu üçün professordan - 12 QIZIL MƏSLƏHƏT
15:13 13 Aprel 2021

Yuxu rejiminə əməl etmək sağlamlığın və uzunömürlülüyün başlıca şərtlərindəndir.

Tibb.fed.az Böyük Britaniyanın Berkeley Üniversitetinin neyroloji və psixoloji professoru Matteu Uolkerin "Why we sleep?" kitabında yazdığı sağlam yuxu üçün tövsiyyələri açıqlayır.

1. Bir yuxu planına bağlı qalın. Hər gün eyni saatda yatağa girib, eyni saatda yuxudan oyanın. Həftəsonları qətiyyən gecə gec saatlara qədər oyaq qalmayın. Bunu davamlı 21 gün etsəz, sizdə vərdiş halını alacaq.

2. Hər gün minimum 30 dəqiqə idman edin. Bunu yuxu saatından minimum 2-3 saat əvvəl edin.

3. Yatma saatından 8 saat əvvəl kofe, 3-4 saat əvvəl çay içməyin. Siqareti tərgidin.

4. Yatmadan öncə spirtli içki içmək, sizin səthi yatmanıza və növbəti günə yorğun başlamanıza səbəb olacaqdır.

5. Yatma saatında 3-4 saat qabaq yemək yeməyin. Axşam çox maye içməyiniz gecə tualetə getmə ehtiyacı hiss etdirə bilər və yuxunuzu bölər.

6. Yatmadan öncə qəbul edəcəyiniz ağrıkəsicilər, təzyiq və astma dərmanları yuxunuzu poza bilər.

7. Saat 15:00-dan sonra günorta yuxusuna dalmayın.

8.Yatmazdan qabaq kitab oxuyun, musiqi dinləyin.

9.Yatmazdan qabaq duş qəbul edin. Bu, vücud temperaturunuzu aşağı salacaq və rahatca yuxuya dalmağınıza səbəb olacaq.

10. Qaranlıq və sərin yataq otağı hər zaman daha yaxşıdır. Otağınızı 21° olması yuxuya daha rahat dalmağınıza səbəb olacaq.

11. Gün ərzində ən azı 30 dəqiqə günəş şuası qəbul edin.

12. Yataqda oyanıq uzanmayın. Əgər gecə yuxuya dala bilmirsinizsə, 20 dəqiqədən artıq yerinizdə uzanmayın. Qalxın və yuxunuz gələnə qədər kitab oxuyun.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner