Banner
Banner

Faydalı Məlumatlar

Saçları sağlam saxlamağın -  SİRRİ  

Saçları sağlam saxlamağın -  SİRRİ  
09:40 25 Mart 2021

Payızda, xroniki xəstəliklər zamanı,səhv seçilmiş pəhrizlərdə,uzun müddət davam edən psixoloji sarsıntılar zamanı və ya südvermə zamanı saç tökülməsi artır. Qatırquyruğu, gicitkən, adaçayı bibəriyə, biyankökü razyana, kəklikotu, sarıkök saç üçün çox faydalıdır.

Lobya, ispanaq (şomu), çuğundur və zeytunyağı da saç üçün faydalı qidalardır.

Səhv qidalanma, dəmir, kalsium, sink, A, E, D,vitamin çatışmazlığı saç tökülməsinin ən başlıca səbəbidir.

Praktiki asan hazırlanan reseptlər

1 ç.q susam yağı ,1 ç.q badam yağı, 1/2 ç.q Hind yağı ,2 ampul bepanten, 2 ampul E vitamini bir qabda qarışdırılır. 2-3 dəq su buxarında nəmləndirilimiş saç diblərinə ovucunuzla hazırladığımız qarışığı yumşaq masajla yeridirik. 1.5-2 saat gözlədikdən sonra saçları çox aşındırmadan-şampunla maskanı axıdırıq.

Daha sonra saçımızı soya yağlı və ya təbii hər hansı saç kremi ilə nəmləndirilir.Şam ,sarımsaq və ya gicitkən yağı saça çəkilir təkrar saçları örtərək 1-2 saat gözləyirik. Sonda sirkəli su ilə yuyuruq .

Həftədə bir dəfə olmaqla ,3 həftə təkrar etsəniz nəinki saçınız töküləcək,həm də gur sağlam saçlarınızla özünüzü daha yaxşı hissedəcəksiz!

Apteklərdən almaq mümündür:

Gicitkən otu ( Urtica Dioica)

Hər gün 1 və ya 2 stəkan gicitkən çayı içmək saçlar üçün çox faydalıdır.

Bibəriyə ( Rosmarinus Officinalis )

Qadınlarla yanaşı, eyni zamanda kişilər də saçların gur olması üçün zeytun yağı ilə bibəriyə yağını qarışdırıb saç diblərinə masaj edə bilərlər. Və yaxud 2 ölçü  badam yağı ilə bir ölçü bibəriyə yağını qarışdıraraq istifadə etmək olar.

Biyan kökü (Glycyrrhiza Glabra )

Duş qəbul edərkən istifadə etdiyiniz şampuna biyan kökü əlavə edərək, saç tökülməsinə qarşı müalicəvi şampun əldə edə bilərsiz.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner