Banner
Banner

Faydalı Məlumatlar

Şabalıdın -FAYDALARI

Şabalıdın -FAYDALARI
11:08 18 Mart 2021

Fıstıqçiçəklilər fəsiləsinə aid 14 növü olan şabalıd bitkisinin Azərbaycanda təbii halda bir növü - adi şabalıd növü yayılıb. Adi şabalıd respublikamızda Böyük Qafqaz dağlarının ətəklərində, xüsusilə Şəki-Zaqatala bölgəsində geniş yayılıb. Qeyd edək ki, şabalıd ağacı 100-150 il ömür sürür. Hətta 1000 illik şabalıd ağacları da mövcuddur.

Tibb.fed.az bildirir ki, şabalıd ağacları böyük iqtisadi və ekoloji əhəmiyyətə malikdir. Keyfiyyətli taxta, odun və tanin istehsalı üçün geniş istifadə edilir. Şabalıdın meyvələri isə yüksək qidalılıq dəyərinə malikdir.

Şabalıd çərəz olaraq Azərbaycan mətbəxinin də əvəzedilməzidir. MÜxtəlif ın tərkibi A, E, C, B qrupu vitaminlərlə, eləcə də dəmir, natrium, kalium, maqnezium kimi elementlərlə, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir. Qeyd edək ki, 100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

İstehlakçılar şabalıdı alarkən ilk olaraq, onun həm xarici görünüşünə fikir verməli, həm də məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirməlidirlər. Keyfiyyətli şabalıdın rəngi parlaq, tünd qəhvəyi, qabığı bərk, çəkisi isə ağır olmalıdır. Zədəli və çatlamış, kiflənmiş, yumşaq, qeyri-təbii rəngli və xoşagəlməz qoxulu məhsulu almaq tövsiyə olunmur. Paketlənmiş formada satılan məhsulun isə etiket məlumatlarını diqqətlə oxumaq, buraxılış və son istifadə tarixinə nəzər yetirmək lazımdır. Şabalıdı otaq temperaturunda sərin və quru yerdə, 4-5 gündən çox olmamaq şərtilə saxlamaq məsləhətlidir. Məhsulu uzun müddət saxlamaq lazım gələrsə, ən yaxşısı dondurub saxlamaqdır. Həm çiy, həm də qovrulmuş şabalıd dondurucuda təxminən 6 ay saxlana bilər. Şabalıd üçün optimal saxlama temperaturu -1° C ilə 0° C arasındadır.

Şabalıdı düzgün şəraitdə saxlamadıqda kif köbələklərinin ifraz etdiyi zəhərli toksin - aflatoksin yaranır. Kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar müxtəlif şəkildə özünü büruzə verir. Qeyd edək ki, aflatoksinlər, güclü zəhər və kanserogen maddələrdir. Yüksək dərəcədə xərçəng və mutasiya əmələ gətirən birləşmələr olduğuna görə, orqanizmdə ciddi fəsadlara səbəb ola bilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner