Banner
Banner

Faydalı Məlumatlar

Qurdöldürücü balqabağın tükənməz- FAYDALARI

Qurdöldürücü balqabağın tükənməz- FAYDALARI
16:28 1 Aprel 2021

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var.

Belə zəngin tərkib balqabaq insanın müxtəlif orqan və sistemləri üçün çox faydalıdır.  

-Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

-Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.

-Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

-Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, artıq xolesterini orqanimdən çıxardır.

-Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.

-Sellülozla zəngin olan balqabaq qəbizlik zamanı yaxşı kömək edir, arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə uğurla istifadə oluna bilər.

-Balqabaq karotinlə zəngindir. Bu yaxıngörmə problemləri olan insanlar üçün və xüsusilə uşaqlar üçün çox faydalı edir.

-Balqabaq dəmirlə olduqca zəngindir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar bu tərəvəzi öz menyusuna mütləq daxil etməlidir.

-Balqabaq şirəsi öskürklə mübarizə aparır, bronxları təmizləyir.

-Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir. Sink isə kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir - potensiyanı gücləndirir, spermatogenezə  müsbət təsir edir.

-Bundan əlavə balqabaq tumları antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

-Müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema), yanıqlar zamanı təzə balqabaq effektli müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün təzə balqabağın 1 tikəsini götürüb, qabığını soymaq, əzmək və zədələnmiş sahəyə qoymaq lazımdır.

-Balqabaq üz dərisinə də çox müsbət təsir edir, cavanlaşdırır, daha hamar və sağlam edir. Bu kimi cavanlaşdıran üz maskası reseptindən istifadə edə bilərsiniz: balğabağın kiçik tikəsi təzmizlənir, sürtgəcdən keçirilir. Ora 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maskanı üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner