Banner
Banner

Faydalı Məlumatlar

Qadınların ruhi sağlamlığı daha çox - QİDADAN ASILIDIR

Qadınların ruhi sağlamlığı daha çox - QİDADAN ASILIDIR
18:08 9 İyun 2021

Binqemton Universiteti zehni sağlamlığa dair yeni bir araşdırmanın nəticələrini paylaşdı.

Tibb.fed.az “medikforum”a istnadla bildirir ki, alimlər qadınların zehni sağlamlığının kişilərdən daha çox pəhriz faktorları ilə əlaqəli olduğunu müəyyənləşdiriblər. Nəticələr "Journal of Personalized Medicine” dərgisində təqdim olunub.

Alimlər qrupu 30 və yuxarı yaşda olan kişilərdə və qadınlarda zehni xəstəliklərlə əlaqəli müxtəlif qida qruplarını analiz ediblər. Həmçinin məşq tezliyindən və zehni pozğunluqlardan asılı olaraq fərqli yemək qaydaları da öyrənilib. Nəticələr qadınların zehni sağlamlığının kişilərdən daha çox pəhriz faktorları ilə əlaqəli olduğunu göstərib.

Ruhi sıxıntı və fiziki məşğələ tezliyi fərqli pəhriz və həyat tərzi ilə əlaqələndirilib. Bu, pəhriz və həyat tərzindəki dəyişikliklərin zehni rifahı yaxşılaşdıracağı konsepsiyasını təsdiqləyir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner