Banner
Banner

Faydalı Məlumatlar

Martın 11-i Ümumdünya Böyrək - GÜNÜDÜR

Martın 11-i Ümumdünya Böyrək - GÜNÜDÜR
12:15 11 Mart 2021

2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır.

Tibb.fed.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ümumdünya Böyrək Gününün qeyd edilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Bir il ərzində Azərbaycanda dövlət hesabına 18 xəstəyə - BÖYRƏK KÖÇÜRÜLÜB

Həmin günün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Nefroloqlar Cəmiyyətinin məlumatlarına əsasən böyrək xəstəliyi dünya əhalisinin 10 faizi arasında yayılıb və təəssüf ki, bu rəqəm getdikcə artır. Söhbət letallıqla sona çatan, xroniki hala çevrilən ağır xroniki xəstəliklərdən gedir.

Böyrək sağlamlığını qorumaq üçün - 8 MƏSLƏHƏT!

"Kəskin böyrək çatışmazlığı" və "xroniki böyrək çatışmazlığı" diaqnozu haqqında çoxları eşidib. Amma bunların ürək-damar xəstəlikləri, şəkərli diabet, QİÇS və digər xəstəliklərdə əksər hallarda ölümə səbəb olduğunu və ölüm riskini artırdığını az adam bilir. Böyrəklərin əsas funksiyası - şlakları, zərərli maddələri və duz yığıntılarını orqanizmdən təmizləməklə əlaqədardır. Həmin funksiyanın pozulması orqanizmin sürətlə intoksikasiyasına, bütün sistemin işinin pozulmasına və nəticədə ölümə aparıb çıxarır. Böyrək çatışmazlığı şəraitində istənilən xəstəliyin müalicəsi zamanı medikomentoz preparatların qəbulu orqanizmin zəhərlənməsi riskini artırır.

Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner