Banner
Banner

Faydalı Məlumatlar

Kondisionerin səbəb olduğu – 2 XƏSTƏLİK

Kondisionerin səbəb olduğu – 2 XƏSTƏLİK
14:57 27 May 2021

Kondisionerlər dünyada ekoloji tarazlıqların dəyişməsi səbəbindən istiləşmə şəraitində gündəlik həyatı təmin etmək üçün ən asan yola çevrilib. Bir əsr əvvəl ilk dəfə həyatımıza daxil olan kondisionerlər yay fəslində, avtomobillərdə, evlərdə, iş yerlərində insanlar üçün əvəzolunmaz hala gəlib. Bununla belə isti havada xoş sərinlik verən kondisionerlərin cox ciddi mənfi cəhətləri də var.

Tibb.fed.az Azərbaycanın tanınmış fizioterapevt reabilitoloqu Ramin Quliyevə istinadən bildirir ki, kondisionerlərin bəzi narahatlıqlara səbəb olduğunu nəzərə alaraq bu qaydalara əməl etmək tövsiyə olunur;

-Kondisioner tərəfindən verilmis sərin havanın qarşısında durmaq düzgün deyil; xüsusən kənardan gələn adam üçün.

-Üzündəki tərin qəfil soyuması 'kondisioner şokuna' səbəb ola bilər. Boynun tutula bilər, başını çevirə bilməzsən; nəfəs alarkən, sinənizdə bıçaq batdığı kimi ağrınız ola bilər.

-Kondisionerlərin tənzimlənən üzlərini istifadə edə bilərsiniz ki, sərin hava vücudunuza birbaşa gəlməsin. Bədəninizə deyil, divara doğru vursun.

-Kondisionerin çox aşağı dəyərlərə qoyulması sağlamlığa uyğun deyil. İdeal olaraq, temperatur 23-24 dərəcə və nisbi rütubət 40-50% arasında tənzimlənməlidir.

Fizioterapevt reabitoloq R.Quliyev kondinsionerin səbəb olduğu xəstəlikləri açıqlayıb:

Yuxu problemləri olan insanlarda bu xəstəliklər – İNKİŞAF EDİR

Kondisioner atəşi

Kondisionerlərdən və digər mərkəzi havalandırma sistemlərindən qaynaqlanan əsas xəstəliklərdən biri, tibbi dildə desək, “nəmləndirici atəş”  kimi tanınan bir xəstəlikdir.

Havalandırma sistemlərinə əlavə olaraq, kondisioner atəşi evdə istifadə olunan və insanlarımıza "soyuq buxar" və tənəffüs yolu ilə ağciyər xəstələrinə dərman çatdırmaq üçün istifadə olunan nəmləndirici qurğularla da səbəb ola bilər.

Xəstəlik bu cür cihazların su anbarlarında böyüyən müxtəlif bakteriya və göbələklərin və ya müxtəlif toksinlərin, xüsusən endotoksinlərin qarışığı nəticəsində yaranır. Kondisioner atəşi əsl yoluxucu xəstəlik deyil, vücudumuzun müxtəlif bakteriyalara qarşı həssaslığının bir mənzərəsidir. Simptomlar nadir hallarda 12 saatdan sonra baş verə bilər. Şikayətlər ümumiyyətlə həftənin əvvəlində və ya tətil və ya qayıdış günlərində görülür. Simptomlar bir müddət istifadə edilməyən kondisionerlərin ilk günlərində daha çox görülür.

Xəstələr hərarət, titrəmə, əzələ və oynaq ağrıları, halsızlıq, zəiflik, halsızlıq hiss edirlər. Kondisioner atəşi xəstəni kondisionerlə ətraf mühitdən uzaqlaşdıraraq həll edir. Antibiotik və ya digər dərman müalicəsi tələb olunmur.

Allergik sətəlcəm

Kondisionerlərin səbəb olduğu allergik pnevmoniya uşaqlarda da görünə bilər, digər ağciyər xəstəliklərindən fərqli olaraq 50 yaşdan yuxarı insanlarda və siqaret çəkməyənlərdə daha çox rast gəlinir.

Tibbi dildə “ventilyasiya pnevmoniti” adlanan allergik sətəlcəm, kondisioner sistemlərinin nəmləndirmə hissəsində çoxalmış kif göbələkləri və bəzi bakteriyalar səbəb olur.

Allergik pnevmoniyanın iki növü var: qəfil (kəskin) və ya məkrli (xroniki) başlanğıc.

Kəskin allergik pnevmoniya, havanın kif göbələkləri ilə inhalyasiyasından 4-6 saat sonra; Qızdırma, baş ağrısı, əzələ ağrıları və zəiflik ilə qrip infeksiyası kimi başlayır. Daha sonra öskürək, bəlğəm, nəfəs darlığı, sinə içində darlıq kimi simptomlar görünür. Atəş yüksəkliyi ilə yanaşı ürək ritimleri və tənəffüs sayida  artir

Qəti diaqnoz üçün xəstələrin qanında allergenlərə qarşı xüsusi antikorları aşkar etmək və bronxoskopiya ilə ağciyər toxumasından biopsiya götürmək lazımdır. Xəstənin allergenlə təması dayandırılmalıdır. Şiddətli simptomları və tənəffüs çətinliyi olan xəstələrə oksigen və kortizon müalicəsi tətbiq olunur.

Görülə biləcək tədbirlər

Kondisioner atəşinin və allergik pnevmoniyanın qarşısının alınması bu cür nəmləndiricilərin su anbarlarının düzgün saxlanılması ilə mümkündür. Kondisioner və nəmləndiricilər, təlimatlara uyğun olaraq qayğı göstərilməli və istifadə edilməlidir. Bu vasitələrdə tap suyunun əvəzinə distillə edilmiş və ya zərərsizləşdirilmiş suya üstünlük verilməlidir. Nəmləndiricilər zaman-zaman ağardıcı-dezinfeksiyaedici maddələrlə təmizlənməlidir. Kondisionerinizi düzgün qoruyub istifadə etsəniz, bunun sizə zərər vermədiyini, faydası və asılılığı olduğunu görəcəksiniz.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner