Banner
Banner

Faydalı Məlumatlar

Kömürün - FAYDALARI

Kömürün - FAYDALARI
10:33 17 Aprel 2021

Apteklərdə satılan "karbolen" preparatından bir sıra narahatlıqlar zamanı istifadə edilir.

Tibb.fed.az hansı hallarda kömürdən istifadə edildiyini açıqlayır:

- Əsasən süd məhsullarından həmçinin də, digər zəhərlənmələr zamanı kömür maddəsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 4/1 ç/q kömürü 4/1 stəkan su ilə gün ərzində 3-4 dəfə yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır.

- Podaqra zamanı 1 ç/q kömürü əzin və 4/1 stəkan su ilə qarışdıraraq yeməkdən 1 saat əvvəl gündə 2 dəfə qəbul edin. Kömür böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan sidik turşusunu da özünə çəkir.

- Hepatit xəstəliyində 1 fincan süddə 1 ç/q ağcaqayın kömürünü həll edərək içmək yaxşı nəticə verir.

- Diareya və dizenteriya zamanı 1 ç/q ağcaqayın kömürünü 1 qədəh qırmızı şərabda həll edərək için. Xəstəliyin əlamətləri keçənə qədər içməyə davam edin.

- Allergiya zamanı gün ərzində 3-4 dəfə yeməkdən əvvəl kömür tozu qəbul edin. Müalicənin kursu 5 həftədir. Müalicəyə bıçaq ucunda kömür tozu ilə başlayın. İlk həftənin sonuna qədər kömürün miqdarını tədricən artırın. Daha sonra 2-3 gün ərzində gündə 3 dəfə olmaqla 1 ç/q kömür tozu qəbul edin. Sonra yenidən eyni qayda ilə miqdarı azaldın.

- Böyrək, qaraciyər, mədəaltı vəz, ateroskleroz, piylənmə və şüa terapiyası və kimya terapiyadan sonra gün ərzində 2-3 dəfə yarım çay qaşığı aktivləşdirilmiş kömür içmək yaxşı təsir göstərir. Radioizotopların bədəndən çıxması üçün gün ərzində 8/1 çay qaşığı kömürü yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Bu zaman ağcaqayın yarpaqlarından hazırlanan məhlulla imalə etmək də lazımdır. Bunu üçün 1 x/q ağcaqayın yarpağını 0,5 l suda qaynadın, 1 saat saxlayın daha sonra həmin su ilə imalə edin. 

- Kələm, soğan, turp, banan, ərik və digər meyvə və tərəvəzlərlə qidalanma zamanı yaranan köpmə problemini də kömürlə həll etmək mümkündür. Bu zaman 8/1 ç/q əzilmiş kömürü 4/1 stəkan su ilə qarışdıraraq için.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner