Banner
Banner

Faydalı Məlumatlar

Kola, süd və digər mayelərlə qəbul edilən – DƏRMANLAR

Kola, süd və digər mayelərlə qəbul edilən – DƏRMANLAR
13:39 3 May 2021

Çox vaxt təlimatlarda dərmanı "kifayət qədər maye" ilə içmək üçün bir tövsiyə tapa bilərsiniz. Xüsusi maye həcmi  nə qədərdir?

Tibb.fed.az bildirir ki, "yetərli miqdar su" adətən ən az 100 ml həcm deməkdir. Belə bir maye həcmi, xarici bir cismin (dərmanın) xoşagəlməz hiss, spazm və bəzən qusma refleksi yaratmadan qida borusundan maneəsiz keçməsini təmin etməyə imkan verir.

Əsasən vacib olan  xüsusi bir qeydə rast gəlinir - "çox su içmək" və ya xüsusi bir təlimat - "bir stəkan su içmək".

Hansı növ maye içməlisiniz?

Təlimatda xüsusi qeyd yoxdursa, ən yaxşısı odur ki, dərmanları qazsız, otaq temperaturunda adi içməli su ilə içəsiniz.

Qəti olaraq arzuolunmaz içkilər də var. Məsələn, qreypfrut şirəsi ilə qəbul edilməsi tövsiyə edilməyən 85-dən çox dərman var. Bunlara statinlər (simvastatin, atorvastatin), immunosupresanlar (siklosporin, takrolimus), antiaritmiklər (amiodaron), sitostatiklər (imatinib) daxildir.

Qreypfrutun tərkibindəki bioaktiv maddələr dərmanın parçalanmasına cavabdeh olan qaraciyər fermentlərinin fəaliyyətinə mənfi təsir göstərir. Bu maddələr bədəndə yığılır və nəticədə gözləniləndən çox yan təsirlərin əmələ gəlməsinə, zəhərlənməyə səbəb olur.

Bir gündə qısa müddət ərzində bir neçə stəkan içilərsə, qəbul olunan dərmanlara mənfi təsiri 72 saata qədər davam edə bilər. Bu, xüsusən də fermentativ aktivliyin azaldığı və eyni zamanda bir neçə dərman qəbul edən  yaşlı xəstələrin sağlamlığına daha çox zərərli ola bilər.

Prinsipcə dərmanları hər hansı bir içki ilə yanaşı: çay, qəhvə, süd, qıcqırdılmış süd və qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Alkoqolla tablet və kapsulları içmək qəti qadağandır.

Bütün bu mayelər dərmanların həll olunmasına, udulmasına, zərərsizləşdirilməsinə və xaric olunmasına, eyni zamanda terapevtik effektin inkişafına mənfi təsir göstərə bilər.

Ancaq istisnalar var. Beləliklə, mədə şirəsinin turşuluğu az olan insanlarda və proton pompa inhibitorları, H1-histamin reseptor blokerləri qəbul edən xəstələrdə antifunqal dərman- itrakonazolun qəbulu pozulur. Belə hallarda, içlikdəki təlimatda göstərildiyi kimi onun kola ilə qəbulu tövsiyə olunur.

Bəzən, QSİP (qeyri steroid iltihab əleyhinə preparatlar) qrupundan dərmanların və aspirinin mədənin selikli qişasına  aqressiv təsirini azaltmaq üçün südlə içmək  tövsiyələrini tapa bilərsiniz. Ancaq bu tövsiyə köhnəlib. Mədəni qorumaq üçün, proton pompası inhibitorları qrupundan omeprazol və ya başqa bir dərman istifadə etmək daha təsirli olur.

Eyni zamanda, süd bir çox dərmanın təsirini zəiflədə bilər. Məsələn, tetrasiklin antibiotikləri, ftorxinolonlar, flukonazol, dəmir preparatları. Beləliklə, təlimatlarda dərmanın qəbulu barədə xüsusi qeydlər yoxdursa eksperiment aparmamaq  və su ilə qəbul etmək  daha yaxşı olar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner