Banner
Banner

Faydalı Məlumatlar

Kişilərdə incə səs probleminin – SƏBƏBLƏRİ

Kişilərdə incə səs probleminin – SƏBƏBLƏRİ
12:23 24 Aprel 2021

Hər birimiz ətrafdakılarla əlaqə yaratmaq və ya hisslərimizi bildirmək üçün danışırıq, səsimizdən istifadə edirik.

Tibb.fed.az bildirir ki, tanınmış azərbaycanlı endokrinoloq Fərhad Burzu ümumiyyətlə səs tonumuzu müəyyən edən bir sıra faktorların mövcud olduğunu açıqlayıb. Bu faktorlardan :

-Qanda tiroid hormonu

-minerallar

-qadın hormonlarının səviyyəsi

-kişi hormonlarının səviyyəsindəki dəyişikliklər və s. sadalana bilər.

Qeyd edilənlərin qanda səviyyəsinin dəyişməsinə görə həm kişilərdə, həm də qadınlarda səsin tembrində, diapazonunda dəyişiklik müşahidə olunur.

Səs probemi, kişilərdə səsin incə olması, qadınlarda əksinə qalın olması onlarda kompleks hissinin yaranmasına səbəb olur. Amma Endokrinoloq Fərhad Burzu deyir ki, bu problem əsaslı müayinədən sonra uyğun yöntəmlə müalicə oluna bilər.

“Səs pozuntusuna tətbiq ediləcək müalicə yöntəmi, problemin səbəbinə görə müəyyənləşir. Dərman müalicəsi, cərrahi müdaxilə, səsterapiyası və ya bir neçə müalicə yöntəmi eyni anda tətbiq oluna bilər”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner