Banner
Banner

Faydalı Məlumatlar

Isteriyanın müalicəsi varmı? – HƏKİM MƏSLƏHƏTİ

Isteriyanın müalicəsi varmı? – HƏKİM MƏSLƏHƏTİ
12:58 15 May 2021

İsteriya  nevrozun bir forması olub, emosional reaksiyalar, qıcolma tutmaları, hissiyat pozuntuları ilə təzahür edir. İsteriya yunan sözü “hystera” sözündən götürülmüşdür ki, mənası “uşaqlıq” anlamını verir. İsteriyanın kliniki mənzərəsi çox rəngarəngdir.

Tibb.fed.az psixoloq Dr. Almaz Əskərovaya istinadla bildirir ki, bütün isteriyaların kökündə müxtəlif konfliktlər, keçirilmiş stressli vəziyyətlər, uzun müddətli müxtəlif qınaqlar, alçaltmalar və s. psixoloji durumlar durur. İsterik tutmaların ilk əlamətləri: ürək sıxıntısı, hava çatışmazlığı, boğazda tıxanıqlıq və s. kimi əlamətlərdir. Bu zaman xəstə yıxıla, rəngi avazıya və ya qızara, qışqıra, eyni zamanda, həm ağlayıb, həm də gülə bilir.

Tutmalar zamanı şüur itmir və tutmalar heç vaxt yuxuda baş vermir, o, ancaq hansısa psixoloji travma və stressli situasiyadan sonra baş verib, nümayişedici xarakter daşıyır. Sanki şəxs diqqəti özünə çəkmək və ona necə ağır olduğunu və hər şeydən bezdiyini bildirmək istəyir.

Freydə görə, isteriyanın inkişafında iki əsas faktor rol oynayır: erkən uşaqlıqda keçirilmiş psixoloji travmalar və seksual komplekslər. İsterik nevrozun bir başa əmələ gəlmə səbəblərinə,eyni zamanda, stressli hallar, konfliktlər, insanın özünün öhdəsindən gələ bilmədiyi psixoloji problemlər də ola bilər.

Xəstəlik zamanı üç qrup simptomlara rast gəlinir ki, bunlara hərəki (motor) pozuntular, hissi (sensor) pozuntular və vegetativ finksiyaların pozuntuları aiddir.

Hərəki pozuntular – yuxarı və aşağı ətrafların hissəvi və tam şəkildə keçici iflici, koordinasiya pozuntuları şəklində təzahür edə bilər. İsteriya zamanı, həm də səs itə, boğula, danışıq pıçıltılı və anlaşılmaz şəkildə ola bilər.

Hətta müxtəlif əzələ atmaları(tıklar), başın və ətrafların əsməsi də baş verə, həyəcanlanma zamanı əl və ayaqlarda zəiflik hiss oluna bilər. Hissi pozuntular – hissiyatın tam və hissəvi pozulmaları şəklində və bədənin müxtəlif nahiyələrində əmələ gələn ağrılarla təzahür edir. Bu pozuntular corab, əlcək və arxalıq şəklində əmələ gələ bilir.

Bundan başqa, tutma zamanı korluq və karlıq kimi keçici hallar da mövcuddur. Vegetativ pozuntular -müxtəlif orqanları xarakterizə edən simptomları özündə birləşdirir. Ən çox mədə–bağırsaq (ürək bulanma, qusma, mədə ağrısı) və dəri hissinin (göynəmə, qaşınma, avazıma) tam və ya hissəvi pozulması baş verir. Baş gicəllənmə, ürək döyünmə, huşun itməsi kimi hallar da mövcuddur.

İsteriya müalicəyə ehtiyacı olan, amma əlillik dərəcəsi almayan psixi xəstəliklər qrupuna aiddir. Bəzən qənaətbəxş həyat tərzi, həyat rejiminin dəyişdirilməsi xəstəliyin heç bir müalicə almadan yoxa çıxmasına səbəb ola bilər. Bəzən isə bu əlamətlər uzun illər davam edərək, pasienti mütəxəssis tərəfindən müalicəyə təhrik edir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner