Banner
Banner

Faydalı Məlumatlar

İş prosesi zamanı fasilələrin – ƏHƏMİYYƏTİ

İş prosesi zamanı fasilələrin – ƏHƏMİYYƏTİ
11:49 21 Mart 2021

İş prosesi zamanı fasilələrin faydası sübut olunub.

Tibb.fed.az “Daily Mail” nəşrinə istinadən yazır ki,  ABŞ-ın Şimal Karolina Universitetinin alimləri işdən vaxtaşırı yayınan əməkdaşların sonradan öz fəaliyyətlərinə daha çox cəlb edildiyini və daha az yorulduğunu sübuta yetiriblər.

Hər şey aparılan tədqiqatın nəticələrinə diqqət yetirərkən ortaya çıxıb. Mütəxəssislər iki qrup ofis işçiləri üzərində təhlillər aparıblar. Qruplardan birində ABŞ-dan 98 nəfər, digərində isə Cənubi Koreyadan olan 222 işçi təmsil olunub. Tədqiqatın iştirakçıları mütəxəssislərə yuxunun keyfiyyəti və yorğunluğun ümumi səviyyəsi haqqında danışıblar.

Bundan əlavə, alimlər pis gecə yuxusunun iş günü ərzində fasilələrin tezliyinə necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, səhər yorğun olan işçilər həmkarlarından daha çox işdən yayınırlar. Lakin qısa istirahət dövrü ümumi yorğunluğu azaldıb və işə olan marağı artırıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner