Banner
Banner

Faydalı Məlumatlar

Insan beyninin inkişafı hansı mərhələdə - BAŞA ÇATIR?

Insan beyninin inkişafı hansı mərhələdə - BAŞA ÇATIR?
14:55 21 Fev 2021

Amerikalı alimdən maraqlı açıqlamalar.

İnsan beyninin inkişaf mərhələsi uşaqlıq illərində yekunlaşmır. Beynin təkamülü tam 25 yaşadək davam edirmiş. Bu barədə  tibb.fed.az dünyaca məşhur nevroloq Devid İqlmenin " Beyin. Sənin şəxsi hekayən" kitabına istinadən yazır. Onun sözlərinə görə, əvvəllər beyin inkişafının uşaqlıq dönəminin sonunda tamamlanmış olduğu düşünülürdü. Amma insan beyninin inkişaf mərhələsi 25 yaşın sonuna qədər davam edir.

Vücudumuzda hormonlar bariz fiziki dəyişikliklərə səbəb olarkən yavaş-yavaş yetişkin insan kimi görünməyə başlayırıq.

Amma bu zaman beyin də öz görünməz dünyasında eyni dərəcədə dəyişikliklərdən keçməkdədir. Bu dəyişikliklər necə davrandığımıza da təsir edir. Dəyişikliklərdən biri mənlik və özünüdərkdir. Harvard Universitetindən dr. Leah Somervelle və həmkarlarının kəşfi nəticəsində, insan uşaqlıqdan yetkinliyə keçid dövründə mPFC bölgəsi sosial durumlar qarşısında fəaliyyət yüksəlişi göstərərək 15 yaş həddində də özünün pik nöqtəsinə çatır. Bu nöqtədə ətraf mühit və baş verənlər böyük hissiyyatda duyğusal ağırlıq daşıdığından, özünü dərkə dayalı stress reaksiyaları çox olur. Yeniyetmə beyni bir qayda olaraq riskə meyillidir. İstər surətli avtomobil idarə etmə, istər cinsi istəkli mesajlar göndərmə olsun, yetkin insan beyninə görə yeniyetmə beyni üçün cəzbedicidir. Bu vəziyyət beynin qazandığı mükafatlara reaksiyası üçündür.

İyirmi beş yaşa çatdığımızda, uşaqlıq və yeniyetməlik dövrünə özəl beyindəki bu durum tamamlanır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner