Banner
Banner

Faydalı Məlumatlar

Hərəkətlərimizi təqlid edən – BEYİNİN GÜZGÜ NEYRONLARI

Hərəkətlərimizi təqlid edən – BEYİNİN GÜZGÜ NEYRONLARI
10:11 1 Mart 2021

Qarşımızdakı adam əsnədikdə, biz də ona baxıb əsnəyirik. Və ya yanımızda limon dogranan zaman agzımız sulanır. Biri iştahla yemək yedikdə və ya su içdikdə, biz də istəyirik. Heç demə bunun səbəbi insan beynindəki güzgü neyronlarıdır. Güzgü neyronlar qarşımızdakı adamın hərəkətlərini sanki özümüz edirik kimi aktivləşirlər. "Güzgü neyron" buna görə deyilir.

Insan beyninin inkişafı hansı mərhələdə - BAŞA ÇATIR?

Güzgü neyronlar haqqında ilk fikir 1996-cı ildə italyali alim Giacomo Rizzolatti və onun komandası tərəfindən səsləndirilib. Güzgü neyronlarla bağlı ilk tədqiqat meymunlar və quşlar üzərində aparılıb. Makak meymunların beyninə elektrodlar yerləşdirilib izlənməyə başlanılıb. Meymunun qarşısında digər meymun iştahla banan yeməyə başlayınca heç nə yeməyən meymun sanki yeyirmiş kimi beynindən yüksək voltajla cavab verməyə başlayıb. Güzgü neyronları ilə bağlı qəti qənaəti isə quşların ard-arda sinxronizasiya oxumasının aşkarlanmasi oldu. Bu neyronlar həmçinin sürü psixologiyasını da ortaya çıxardı.

Uşaqlarda bu neyronlar 12 aydan sonra inkişaf edir. Uşağın ağlayan başqa uşağa baxıb eyni hərəkəti etdiyini, ağladığını hamımız görmüşük.

Güzgü neyronları: Özünüzü tanıyaraq başqalarını tanıyın. Bu necə işləyir?

Son onilliklərdə güzgü neyronları mövzusu elmdə və insan təbiətinin dərk edilməsində real bir irəliləyiş yaratdı, bu, eyni zamanda sirr də olaraq qalmaqdadır. Güzgü neyronları danişiğin, empatiyanın (məyusluq və narahatlıq) inkişafı üçün fizioloji əsas sayılır. Üstəlik, güzgü neyronları, daha doğrusu işlərindəki pozuntular, autizm və şizofreniya kimi xəstəliklərin təzahür etməsində də "günahlandırılır". Alimlər hələ də mübahisələr edirlər, amma həqiqət isə ortadadır: biz sosial varlıqlarıq və beynimiz hər zaman digər insanların beyni ilə əlaqədə fəaliyyət göstərir.

İnsan beynindəki neyronlar mərkəzdə, nitqdən məsul olan yerlərdə yerləşirlər. Elm adamları, beyində başqasının şüurunun mənzərəsini belə yaratdığımızı ehtimal edirlər. Başqalarını öyrənməyimizə və onlara şəfqət göstərməyimizə, hətta hərəkətlərini və niyyətlərini təxmin etməyimizə kömək edən də məhz güzgü neyronlarıdır.

Kimlə birlikdə olacaqsansa, ondan da öyrənəcəksən.

Maraqlıdır ki, ailə tərbiyəsi belə əksər məsələlərdə güzgü neyronlarının köməyi ilə həyata keçirilir. Uşaqlar valideynlərinin öz sözlərinə və hərəkətlərinə emosional reaksiyalarını öyrənirlər. Və nəticədə öz "koordinat sistemi"ni yaradırlar - nəyi etmək olar, nəyi etmək olmaz. Uşaqların böyüklərii təqlid etməsi, böyüyərkən onlara oxşamaq istəməsi də güzgü neyronlarının zəhmətidir.

Bu neyronlar həmçinin ziddiyyətlərlə dolu bir ailədə böyüyənlərin daha əsəbi və xaotik olduqlarının izahı sayıla bilər. Uşaq hər dəfə anlaşımaz vəziyyətdə qaldıqda, valideynlər gözlənilməz reaksiyalarla çox qeyri-sabit və təhrif olunmuş neyron, sinir yollarının xəritəsini yaradırlar.

Başqalarının davranışlarını təqlid edərək, hissləri ilə əks-səda tapırıq, müəyyən hərəkətləri müşayiət edən emosional enerjini yaşayırıq. Bu fenomen uzun müddətdir bilinir və "emosional yoluxma" adlanır. Üstəlik uzun müddət birlikdə yaşayan insanlar bir-birlərinə zahirən də bənzəyirlər, çünki üz ifadələri emosional yoluxma səbəbindən assimilyasiya olunur.

Təəccüblüdür ki, güzgü neyronları yalnız hədəflənmiş fəaliyyətə, yəni son məqsədi olan hərəkətə cavab verir. Əgər qarşınızdakı insan sadəcə əlini qaldırırsa və ya ayağını yellədirsə və bunun bir əşyanı götürmək və ya qalxıb getmək üçün xüsusi bir hərəkət olmadığını başa düşsəniz, güzgü neyronlarınız buna heç bir şəkildə reaksiya göstərməyəcək. Biz müəyyən bir hərəkəti müşahidə etdikdə təqlid etməyə hazırlaşırıq. Bu da əsnəməyə yoluxduğumuz və ya kiminsə yanımızda su içdiyi zaman su  istəməyə başladığımız vəziyyətləri izah edir.

Bununla belə insan beyni elm üçün hələ də böyük sirr qalası olaraq qalmaqdadır. Özünün fizioloji varlığı ilə deyil, təəccüblədirən fəaliyyət məhsulları: intuisiya, yaradıcı ideyaları və insani hissləriylə hər zaman böyük maraq kəsb edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner