Banner
Banner

Faydalı Məlumatlar

Həkimlərin reseptdəki qarışıq xəttinin - 3 SƏBƏBİ

Həkimlərin reseptdəki qarışıq xəttinin - 3 SƏBƏBİ
11:02 30 Aprel 2021

Həkimlərin "çətin oxunan" yazıları fərqliliyi ilə insanlar arasında yayılmış və artıq qəbul edilmiş faktdır.

Hər insan mütləq bir dəfə də olsa, həkimə müraciət edib. Müayinə sonrasında həkimin yazdığı resepti görənlər, qarışıq və oxunmaz bir yazıyla qarşılaşırlar. Tibb.fed.az bildirir ki, araşdırmaçılara görə həkimlərin "səliqəsiz" xəttlərinin səbəbləri belə göstərilib:

1. Tələbəlik illərindən gələn bir vərdiş

Çox adamın bildiyi kimi, həkim olmaq üçün çox uzun və çətin bir təhsil müddətindən keçilməsi vacibdir. Eyni zamanda bir çox qarışıq detala sahib olan bu dərslərin qeydini tutmaq heç də asan deyil. Bu səbəblə əksər  həkim namizədlər hələ tibb fakültəsi sıralarında olarkən, sürətli şəkildə qeydlər aparmağa alışırlar. Bu sürətdə təbii olaraq qarışıq bir yazı ortaya çıxır.

2. Çox sıx və müxtəlif düşüncələrin olması

Həkimlər ümumiyyətlə reseptləri yazarkən eyni anda bir çox dərman adları, bu dərmanların ola biləcək yan təsirləri və zərərləri, istifadə dozası kimi bir çox şeyləri düşündükləri üçün həmin an yazdıqları kağıza fikirlərini toplamaya bilirlər. Bu səbəblə yazıları nizamsız ola bilər.

3. Tibbi terminlərdən istifadə

Həkimlərin reseptə yazdığı dərmanların adları bizlərə tanış gəlmir. Reseptə yazılanlar texniki şeylərdir və tibb ilə əlaqəsi olmayan bir insanın bu yazıları oxuması çətin olur. Bu səbəbdən reseptdə xarici dərman adları olduğu üçün bu yazılar bizə qarışıq və oxunmaz görsənir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner