Banner
Banner

Faydalı Məlumatlar

Hansı yağlar - ZİYANDIR?

 Hansı yağlar - ZİYANDIR?
21:50 15 Mart 2021

Hamımızı düşündürən suallardan biri də qidamızda hansı yağdan istifadəyə daha çox üstünlük verməyimizdir. Kərə yağı, yoxsa bitki?

Tibb.fed.az xəbər verir ki, yeməyə vərdiş etdiyimiz ərzaqlar sağlamlığımıza ciddi ziyan vura və tez qocalmağımıza səbəb ola bilər.

Bütün dünya dietoloqları balanslanşdırılmış qidanın faydalarını etiraf edirlər. Ümumi qəbul olunmuş normalara görə, zülallar, karbohidratlar, vitaminlər, mikroelementlər və yağları bir-birinə düzgün uyğunlaşdırmaq lazımdır. Eyni zamanda, sonuncu ilə əlaqədar mübahisələr bitmək bilmir. Hansı yağlar daha faydalıdır – bitki, yoxsa heyvan mənşəli? Bunların bir növünün çox olması qanda “pis” xolesterinin qalxmasına səbəb olurmu? Təcrübə keçən dietoloqlar NEWS.ru saytına verdiyi müsahibədə populyar mifləri dağıtdı.

Rusiya və bir çox Avropa ölkələri sakinlərinin qidalanmasında omeqa-6 yağ turşusunun artıq olduğu müşahidə olunur. Onlar bitki yağlarının: günəbaxan, soya, qarğıdalı yağlarının tərkibində olur, - deyə tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq aydınlıq gətirib. İnsanlar yeməyi qızardırlar, salatlara yağ əlavə edirlər – budur Avropa mətbəxinin xüsusiyyəti. Normadan artıq istifadə sağlıqla bağlı ciddi problemlər yarada bilir.

Kokos yağının - FAYDALARI

Omeqa-6 turşusunun normadan çox olması digər yağ turşularının, məsələn omeqa-3-ün sovrulmasının qarşısını alır. Bu orqanizm üçün əvəzedilməz elementdir. Onlar, balıqda, kətan yağının tərkibində olur.

Turşular orqan və toxumaların hüceyrə membranlarının qurulmasında iştirak edir, immun sisteminin işinə köməklik göstərirlər. Sübut olunub ki, omeqa-3 yağ turşuşunun kifayət qədər olması həyat davamiyyətini artırır. Omeqa-6-nın orqanizmdə böyük konsentrasiyasının daha bir təhlükəsi – xroniki iltihabdır.

Onlar bir sıra iltihabyaradan molekulların ilkin formalarıdır.

Bu yağ turşularının artıqlığı bir sıra xoşagəlməz hallara, məsələn, xroniki zəif gedişatlı iltihaba, qocalığın sürətlənməsinə və depressiyaya meyliliyə gətirib çıxarır.

Tibb elmləri doktori, dietoloq Mixail Qinzburqun sözlərinə görə, Avropa ölkələrində, xüsusilə soyuq iqlim şəraitində qidalarda çoxlu yağlı ət qəbul etmək adətdir. 10 il əvvəl də hər hansı bir həkim bunun ürək və qan damarlarının sağlamlığı üçün təhlükəli olduğunu söyləyərdi.

Yeməklərdə yaxşı bitki yağlarının üstünlük təşkil etməsi heyvan mənşəli yağların çoxluğundan daha yaxşıdır. Yəni donuz yağındansa, zeytun yağının çox olması daha yaxşıdır, - dietoloq qeyd edir.

Bu gün heyvani yağların artıqlığının qanda “pis” xolesterinin səviyyəsini qaldırmadığı barədə məlumat yayılıb. Ancaq bir insanın ətdən xoşu gəlmirsə və heyvan mənşəli yağdan az istifadə edirsə, bu da zərər vermir. Qinzburqa görə, bu maddələrin çatışmazlıçı orqanizm üçün “kritik” deyil. Bu səbəbdən bir ət yeyən və bir vegetarianın sağlam qalma şansı təxminən eynidir.

Bitki yağları – orqanizm üçün ən faydalı məhsullardan biridir, hətta onların çox olması zərərli təsir göstərmir, lakin dietoloq Yevqeniy Arzamastsev bu fikri irəli sürən həmkarı ilə razılaşmır. Bu komponentlər “pis” xolesterolu qandan çıxarır, damarlara yığılmasının qarşısını alır. Ancaq heyvan mənşəli yağlar, əksinə, onun səviyyəsini qaldırır. Buna görə də ətə həddindən artıq meyl göstərmək olmaz, xüsusən də ahıl yaşda.

Sağlamlıq üçün əsl təhlükəli yağlar isə həkimlərin fikrincə, transyağlardır (kimyəvi formulu dəyişdirilmiş yağlar). Onlar daxil olduqları bütün məhsullarda və marqarinlərin tərkibində olur. Transyağların tərkibində olan kimyəvi elementlər “düzgün” lipidlərin molekullarını əvəz edir. Bu səbəbdən orqanizmin hormon və ferment sisteminə ziyan dəyir. Toksinlər orqan və toxumalarda yığılır. Bir çox xəstəliklər – xərçəng, ürək-damar patologiyasının inkişaf riski artır. Həkimlər xəbərdarlıq edir ki, hətta yağlardan gələn faydalı bitki yağları da “trans” prefiksi ilə komponentlərə çevrilə bilər. Bu, iki halda baş verir – qidanın uzun müddət saxlanılması və termik şəraitdə yenidən işlənməsi zamanı, Arzamastsev bildirib. Ona görə də yağı böyük miqdarda qızartmaq məsləhət görülmür. Ən yaxşısı ondan ümumiyyətlə imtina etmək və xüsusi tava almaqdır. Saxlama müddətinə riayət etmək də vacibdir: əgər məhsul acı dad verməyə başlayırsa, onu zibil qutusuna atmaq lazımdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner