Banner
Banner

Faydalı Məlumatlar

Hansı qan qrupu infeksiyalara qarşı daha - DAYANIQLIDIR?

Hansı qan qrupu infeksiyalara qarşı daha - DAYANIQLIDIR?
16:20 26 Fev 2021

Tibb.fed.az xəbər verir ki, dördüncü qan qrupunun daşıyıcılarının infeksiyalara qarşı immuniteti digərləri ilə müqayisədə daha güclüdür. Bu qan qrupuna aid şəxslərdə orqanizm invaziv viruslarla, bakterial maddələrlə, bəzi kimyəvi birləşmələrlə mübarizə aparan interferon proteinini daha fəal istehsal edir.

Alimlər müəyyənləşdiriblər ki, dördüncü qan qrupu daşıyıcıları arasında müvafiq halların 92 faizində interferon yaxşı istehsal olunur. Bununla yanaşı qan qrupu insan bədəninin virus infeksiyası zamanı interferonu necə istehsal edə biləcəyinə təsir göstərir ki, bu da birbaşa immun sistemi ilə əlaqəlidir.

Birinci və üçüncü qan qrupları olan insanlar da infeksiyalara qarşı kifayət qədər güclü immun sisteminə malikdirlər. Onlarda interferonun istehsal göstəriciləri müvafiq olaraq 80 və 91 faiz təşkil edir.

İkinci qan qrupu isə, müvafiq halların 40 faizində immun sistemi üçün zəruri olan zülal az istehsal olunur. Qeyd olunmalıdır ki, digər qruplardan fərqli olaraq bu qan qrupu yoluxucu xəstəliklərə meyllilik də yarada bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner