Banner
Banner

Faydalı Məlumatlar

Hansı ayda doğulmusan? – XƏSTƏLİYİN BUDUR

Hansı ayda doğulmusan? – XƏSTƏLİYİN BUDUR
14:15 12 May 2021

Doğulduğumuz ay səhhətimizə, xəstəliklərimə ciddi təsir edir. Bu iddia ilə rusyali tanınmış həkim Aleksandr Myasnikov çıxış edib.

Tibb.fed.az Rusiya KİV-nə istinadla bildirir ki, A.Myasnikov müəyyən xəstəliyə tutulma riskinin anadan olduğumuz aydan asılı olduğuna inanır. Rusiyalı həkim bu məsələdə 1,5 milyondan çox insanın iştirakı ilə aparılan Amerika alimlərinin tədqiqatlarına istinad edib.

Myasnikovun aylar üzrə doğulanlarda yaranan əsas xəstəlikləri belə təsnifatlandırır:

Yanvar ayında anadan olanlar - daha çox hipertoniya və kardiomiopatiyadan əziyyət çəkirlər.

Fevral ayında dünyaya gələnlər -  daha çox tənəffüs sistemi ilə bağlı problemlər özünü göstərib.

Mart ayında doğulanlar -  ürəyin mitral klapan xəstəliyi və aritmiyaya meyillilik müşahidə edilib.

Aprel ayında anadan olanlar -  angina pektorisə meyillidirlər. May ayında doğulanlar - əksər hallarda aşağı çəkidən əziyyət çəkir.

İyun ayında anadan olanlarda miokard infarktı üstünlük təşkil edir.

İyulda doğulanlar -  hipertoniyaya və sidik yolu xəstəliklərinə meyillidirlər.

Avqust ayında dünyaya göz açanlarda  - astma xəstəliyi daha çox qeydə alınıb.

Sentyabr ayında anadan olanlarda mədə-bağırsaq sistemi zəif olur.

Oktyabr ayı doğumlularda - kəskin tənəffüs yoluxucu infeksiyalar, kəskin respirator virus infeksiyaları;

Noyabr ayında dünyaya gələnlərdə koroner arteriya xəstəliyi, aritmiya və ağciyər xərçəngi;

Dekabr ayında anadan olanlar üçün isə göyərmə və xəsarətlər xarakterikdir.

Aparıcı həmçinin bu məlumatların sadəcə statistik fakt olduğunu da vurğulayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner