Banner
Banner

Faydalı Məlumatlar

Gündəlik soğan və sarımsaq yemək döş xərçəngi - RİSKİNİ AZALDIR

Gündəlik soğan və sarımsaq yemək döş xərçəngi - RİSKİNİ AZALDIR
10:51 1 İyun 2021

Qadınlar hər gün soğan və ya sarımsaq istehlak edərsə, onlar döş xərçəngi rtiskini 67 %-dək azalda bilərlər.

Tibb.fed.az bildirir ki, bu, Puerto-Riko Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir.

Puerto-Riko alimləri amerikali həmkarları ilə birlikdə 600-dən çox qadının pəhriz vərdişlərini müşahidə ediblər. Son bir neçə on il ərzində döş xərçəngi hadisələrinin sayının sürətlə artması səbəbindən bu müşahidə üçün Puerto-Riko seçilib. Gündəlik çiy soğan və sarımsaq yeməyin bu bədxassəli neoplazma riskini azaltdığı məlum olub. Sübuta yetirilib ki, gündə birdən çox soğan və sarımsaq yeyən qadınların döş xərçənginə tutulma ehtimalı 67%-dən daha azdır.

Söhbət məhz çiy tərəvəzlərlərdən gedir. Əgər soğan və sarımsaq sadəcə qidaya, yeməyə əlavə olunurdusa, qadınlarda onun bənzər bir qoruyucu təsiri sonradan müşahidə olunmurdu. Zərif cinsin sağlamlığı üçün ən faydalı sofrito adında çiy soğan və sarımsaqdan ibarət olan bir yemək idi. Bu sousa pomidor, bibər və keşniş də daxildir.

Eyni zamanda, tədqiqatçılar qoruyucu təsirin dəqiq soğan və sarımsaqdan əldə edildiyini vurğulayırlar. Bu məhsullar uzun müddətdir bədənə şəfa və müalicəvi təsiri ilə tanınır, iltihab əleyhinə təsir göstərir, immunitet sistemini gücləndirir. İndisə bəlli olur ki, soğn və sarımsaq həm də xərçəng hüceyrələri ilə mübarizə apara bilərlər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner