Banner
Banner

Faydalı Məlumatlar

Faydası və ziyanı ilə zəngin – KOFE

Faydası və ziyanı ilə zəngin – KOFE
13:43 26 Aprel 2021

 

 

Kofenin tərkibi 2000-dən çox maddə ilə zəngindir. Burda söhbət qatqısı olmayan kofedən gedir.

Tibb.fed.az kofenin faydalarını təqdim edir:

-Tərkibindəki kofein ürək-damar və sinir sisteminə bir növ qıcıqlandırıcı təsir göstərərək onları oyandırır. Buna görə də kompüterlə işləyən və digər əqli işləri sürətlə görmək istəyən insanlar, xüsusilə də ofis şəraitində gərgin çalışanlar kofe ilə ayaqda qalmağa çalışırlar.

-Tərkibində antioksidantlar olduğu üçün xərçəng riskini azaltdığı güman edilir.

-Bəzi araşdırmalar göstərir ki, gündə 2-3 fincan kofe şəkər xəstəliyi yaranmasının qarşısını alır və buna səbəb kofein deyil, kofenin tərkibindəki digər maddələr səbəb ola bilər.

-Çin alimlərinin araşdırması isə kofeinin iştahı azaltdığını və bədən çəkisini azaltmağa kömək etdiyini göstərir.

Araşdırmalar həmçinin, kofeinin beyində gedən yaşla əlaqədar olaraq neqativ dəyişikliklərin qarşısını aldığını və nəticədə Alzheymer və Parkinson kimi xəstəliklərin qarşısını almasına kömək etdiyini göstərir.

Kofenin  ziyanı

-Uzun müddət istifadə etdikdə şəkər, narkotik kimi asılılıq yaradır və siz bir günü belə kofesiz keçirə bilmirsiniz.

-Təzyiqi qaldırır və hipertoniyadan (yüksək arterial təzyiq) əziyyət çəkən insanlarda insult riskini yüksəldir.

-Tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir.

-Yuxusuzluq yaradır.

-Dişləri saraldır və dərinin rəngini boğur, nəticədə sağlam olmayan görünüş yaradır.

-Bədəndə susuzluq yaradır.

-Yaşlı insanlarda kalsiumun bədəndən çıxarılmasına və sümük kütləsinin itirilməsinə və nəticədə sınıqlarla  səbəb ola bilir.

-Hamilə qadınlar üçün faydalı bir içki sayılmır.

Faydası və ziyanı ilə zəngin – KOFE | Tibb FED.AZFaydası və ziyanı ilə zəngin – KOFE | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner