Banner
Banner

Faydalı Məlumatlar

Epileptik tutma zamanı bunları etmək – OLMAZ!  

Epileptik tutma zamanı bunları etmək  – OLMAZ!   
13:20 27 May 2021

Epileptik tutmalar zamanı bəzən ətrafdakı adamlar yanlış davranışlarıyla xəstənin vəziyyətini daha da ağırlaşdırırlar. Bəs tutma baş verəndə hansı tədbirlər görülməlidir?

Tibb.fed.az epileptik tutma zamanı edilməsi

1. Xəstəni travmadan qorumaq lazımdır. Epileptik tutma zamanı xəstədə sadə diksinmə hərəkətlərindən çox mürəkkəb davranışlara qədər müxtəlif qeyri-iradi hərəkətlər baş verə bilər. Epileptik tutma ağır travmalarla nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxıbsa, onu çıxartmaq lazımdır. Tutma zamanı xəstənin hərəkətlərini məhdudlaşdırmayın - yalnız hərəkətləri təhlükəlidirsə, onların qabağını alın.

2. Xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, qusduğu ilə boğula bilər.

3. Tutmadan sonra bəzi xəstələrin şüuru tam aydın olmur. Onlar ətrafdakıları tanımaya, qəribə hərəkətlər edə bilirlər. Belə vəziyyətdə güc tətbiq etməklə xəstəni saxlamaq cəhdləri əksinə, xəstədə təcavüzkarlıq davranışları oyandıra bilər. Xəstəyə mümkün qədər az toxunmaq, mülayim səslə sakitləşdirmək məsləhət olunur.

4. Həyəcanına baxmayaraq mümkün qədər diqqətli olmaq və tutmanın təfsilatlarını yadda saxlamaq vacibdir. Daha sonra tutma həkimlə müzakirə olunacaq və bütün təfsilatlar öz vacibliyini sübut edəcək. Tutma başlayanda saata baxıb, tutmanın neçə dəqiqə davam etdiyinə nəzarət edilməlidir. Əgər imkan varsa, tutmanın videosunu (telefona və ya videokameraya) çəkmək lazımdır.

Xəstəni sağ va ya sag tərəfə (fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar va aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmar və s.

Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət deyil. Tez-tez belə olur ki, xəstənin yaxınları xəstənin dili qatlanib, ağzı kilidlənib və o boğula bilər deyə, düşünürlər və barmaq və ya qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Və ya ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar və nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili qatlanmaz.

Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner