Banner
Banner

Faydalı Məlumatlar

Əllərin tərləməsi nədən –QAYNAQLANIR?

Əllərin tərləməsi nədən –QAYNAQLANIR?
13:07 22 Aprel 2021

Bütün işlərdə istifadə edilən orqan olan əllərin tərləməsi bir çox fəaliyyətə maneə törədə bilər (məsələn, qələmlə yazı yazanda adamı əsəb edir).

Yaş əllərin yaratdığı anormal görünüşlə bərabər ən narahatedici vəziyyət əl təması və qucaqlaşmadır. Çünki yaş əli tutmaq insanlarda diksinmə hissi və əlini çəkmə duyğusu meydana gətirir. Əllərini yumaq və ya silmək istəyirlər. Bunun fərqinə varan xəstələr bundan narahat olurlar. Uzunqollu geyimlər geyinmirlər. Rəqs etməkdən, sevdiklərinin əlini tutmaqdan belə çəkinirlər.

Tibb.fed.az tibbi mənbələrə həddindən artiq əl tərləməsinin səbəblərini araşdırıb.

«Həddindən artıq tərləmə» olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, onun genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır.

Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə (tələbələr imtahan verərkən) sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir.

Əllərin tərləməsi əsəbi fəaliyyətdən başqa psixoloji amillərə də səbəb ola bilər. Bu vəziyyət sinir sisteminin həddindən artıq işləməsinə səbəb olur, bunlardan biri də ovucların həddindən artıq tərləməsi ilə qeyd olunur. Konsentrə olmaqda çətinlik, narahatlıq, yuxu zamanı narahatlıq və daha tez-tez bağırsaq hərəkətləri və ya idrara getmək kimi digər simptomlarla qarşılaşa bilərsiniz. Bu kimi simptomlar insanın tiroid bezi həddindən artıq aktiv olduqda da baş verə bilər.

-Hipertiroidizm (tiroid vəzinin çox işləməsi)

-İnfeksiya

-Pis xassəli şiş xəstəliyi

-Köklük

-Menopoz

-Diabet

-Psixiatrik xəstəliklər ola bilər.

Müalicə necə tətbiq olunur?

Tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi mütləq  araşdırılmalıdır. Tərləmə problemi olan insanların çəkisi, istifadə etdikləri dərmanlar, menopozda olub-olmadığı və endokrinoloji bir xəstəliyin varlığı ( tiroid və ya böyrək üstü vəzlərindən qaynaqlanan bilən xəctəliklər ) araşdırılmalıdır və müalicəyə bundan sonra başlanmalıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner