Banner
Banner

Faydalı Məlumatlar

Efir yağlarının bir çox - FAYDALARI

Efir yağlarının bir çox  - FAYDALARI
15:31 10 Mart 2021

Efir yağları ilə müalicə insanın əhvalına müsbət təsir göstərməklə yanaşı immuniteti möhkəmləndirir.

Tibb.fed.az AZƏRTAC-a istinadən yazır ki, efir yağlarının tərkibində aktiv maddə olduğundan dəri üçün də xeyirlidir. Efir yağları ilə nəfəs aldıqda qoxu respiratorları qıcıqlanır, sakitləşmə və rahatlaşma baş verir.

Meyvə şirələrinin fayda və zərərləri - MƏSLƏHƏT

Həkim-fitoterapevt Elnur Eldaroğlu bildirib: “Lavanda, səndəl, zəncəfil, nanə kimi efir yağları insanı sakitləşdirir, onu stress və depressiyadan uzaq edir. Nanə və ağ şam ağacının efir yağı baş ağrıları və miqrenlə mübarizədə yaxşı vasitədir. Həmin efir yağlarından 6-8 damcı 1 stəkan süddə qarışdıraraq həftədə iki dəfə 10-20 dəqiqə müddətində aroma vannaları qəbul etmək məsləhətdir”.

Evkalipt, adaçayı, çay ağacı efir yağlarından qrip, angina, zökəm, bronxit və öskürək zamanı istifadə etmək olar. Portağal, limon, avokado, kakao və qızılgül efir yağları dərini cavanlaşdırır, daha sağlam və elastik edir. Badam, çobanyastığı efir yağları saçların vəziyyətini yaxşılaşdırır, onları daha canlı və parlaq edir. Badam yağı kipriklər üçün də çox xeyirlidir. Qreypfrut və portağal efir yağı arıqlamağa kömək edir, sellülitlə mübarizə aparır. Həmin yağlarla vannalar qəbul etmək və massaj etmək olar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner