Banner
Banner

Faydalı Məlumatlar

Dünyanın ən bahalı qəhvəsi – İFRAZATDAN HAZIRLANIRMIŞ

Dünyanın ən bahalı qəhvəsi – İFRAZATDAN HAZIRLANIRMIŞ
12:34 6 May 2021

Dünyanın ən bahalı qəhvəsi fil ifrazatı vasitəsilə hazırlanır. Tibb.fed.az tibbi mənbələrə istinadla bildirir ki, bunun üçün fillərə təmiz qəhvə dənələri verilir. Fil yedikdən sonra isə ifrazatındakı həmin dənələr yenidən toplanır.

Sonra onu toz halına gətirib satırlar. Bu cür qəhvənin özünəməxsus qoxusu və dadı olur. Black Ivory adlanan bu qəhvənin bir kiloqramı 1100 dollardır və Şimali Taylandda "Black İvory Coffee Company LTD" şirkəti istehsal edir. "Black İvory" qəhvəsinin dadını təsirli edən filin mədə turşusudur. Bu qəhvə 15-70 saat ərzində həzm olunur. Eyni zamanda filin mədəsindəki digər maddələr bu məhsula xüsusi dad verir. Bu qəhvədən 1 fincan içmək istəyənlər təxminən 45-50 ABŞ dolları xəcrləməlidirlər. Dənələri filin nəcisindən toplandığı üçün onun istehsal prosesi uzun çəkir və bazara yalnız gündəlik 50 kiloqram mal çıxarmaq mümkün olur.

İfrazatlı qəhvə təkcə fillərdən alınmır. Dünyada müxtəlif nadir növ ceyrandan, pişikdən də bu cür qəhvələr alınır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner