Banner
Banner

Faydalı Məlumatlar

“Doktor, oruc tutanda dərmanımı nə vaxt içim?” – AÇIQLAMA

“Doktor, oruc tutanda dərmanımı nə vaxt içim?” – AÇIQLAMA
10:26 21 Aprel 2021

Endokrinoloji xəstəlikdən əziyyət çəkən, əsasən də zobu olan insanların Ramazan ayında oruc tutduqları zaman həkimlərə daha çox ünvanladıqları sual budur: “Doktor, oruc tutanda dərmanımı nə vaxt içim”?

Tibb.fed.az bildirir ki, endokrinoloq Fərhad Burzu ən çox verilən bu sualın əsasən tiroid hormonu qəbuluna dair olduğunu açıqlayıb.

Endokrinoloq tiroid hormonu (Levothyroxine, Euthyrox,L-Thyroxine) qəbul edən pasientlərin  orucluq müddətində sualının "Mən preparatı nə zaman qəbul edə bilərəm? " olduğunu deyir.

Onun sözlərinə görə,  tiroid hormonunu imsakdan (sahur, səhər yeməyi) əvvəl  qəbul edib, 30 dəqiqə sonra yemək qəbuluna başlamaq olar. “İftarı (Axşam yeməyi) su ilə açdıqdan sonra dərmanı içmək, 30 dəqiqə gözlədikdən sonra yeməyə başlamaq olar”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner