Banner
Banner

Faydalı Məlumatlar

Dırnaq yemək vərdişini necə tərgitmək - OLAR?

 Dırnaq yemək vərdişini necə tərgitmək - OLAR?
14:22 28 Mart 2021

Dırnaq yemə - dırnağı, dırnaq ətini diş ilə qoparma və gəmirmə hərəkətidir. Dırnaq yemə davranışı ümumiyyətlə 3-4 yaşlarında görülməyə başlar, çox nadir olaraq da 5 aydan sonrakı erkən dövrlərdə də görülə bilər.

Tibb.fed.az xəbər verir ki, dırnaq yemə uşaqlar arasında xüsusilə yetkinlik yaşına keçdikdə çox sıx görülən bir davranış pozuntusudur. Dırnaq yemə həyatın hansı dövründə ortaya çıxarsa çıxsın, bir uyğunlaşma və davranış problemi olaraq düşünülməli və lazımı tədbirlər görülməlidir.

Səbəbləri. Hər hansı bir səbəbdən uşağın yaşadığı kədər, çətinlik, qorxu və aqressiv duyğuların bu davranışla xaricə vurulması, uşağın yaşadığı gərginlik və həyəcan, uşağın özünə duyduğu etibarsızlığı bu şəkildə ifadə etməsi, ailə içində həddindən artıq təzyiq olunması, uşağın cəzalandırılmağa və tənqid olunmağa qarşı duyduğu həyəcan səbəblər kimi göstərilir. Ailədə yeni bir uşağın doğulması, ya da valideynlərin uşaqlar arasında ayrı-seçkilik etməsi nəticəsində uşağın yaşadığı qısqanclıq duyğuları, uşağın valideynləri tərəfindən yetəri qədər əlaqə və sevgi görə bilməməsi, valideynlərin boşanması, sevilən birinin xəstələnməsi, ya da itkisi kimi stress yaradan vəziyyətlər də əsas səbəblərdən sayılır.

Davranış qəlizləşmədən, erkən dövrdə qalıcı bir həll yolu tapılmalı və pozuntu ortadan qaldırılmalıdır. Ən qalıcı həll davranışı ortaya çıxardan səbəbləri tapıb onları ortadan qaldırmaqdır. Dırnaq yemə davranışının altında yatan psixoloji səbəbləri və necə həll edilə biləcəyini öyrənmək üçün psixoloqlardan kömək alına bilər. Uşağın dırnağına acı bibər, lak və s. bu kimi maddələr çəkmək, uşağı bu davranışına görə danlamaq, tənqid etmək, qorxutmaq, cəzalandırmaq doğru bir həll yolu deyil. Bunlar uşaqda bu davranışın daha da bərkiməsinə səbəb olur.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner