Banner
Banner

Faydalı Məlumatlar

Diabetlilərə qadağan olan  - 10 ƏSAS QİDA

Diabetlilərə qadağan olan  - 10 ƏSAS QİDA
09:34 4 May 2021

Bildiyimiz kimi diabetli insanlar daim qidalanmalarına diqqət etməlidirlər, “dərman içirəm” düşünüb, rasionlarında şəkəri anidən qaldıran qidaları yeməməlidirlər.

Tibb.fed.az Azərbaycanın tanınmış həkim endokrinoloqu Fərhad Burzu tərəfindən hazırlanmış diabetlilərə qadağan olan 10 məhsulu təqdim edir.

1.Şəkərli içkilər( qazlı və qazsız ), “təbii meyvə şirəsi” adıyla satılanlar. Tərkibində olan şəkər nəinki diabetliyə, hər kəsə zərərlidir.

2. Paket “üçü-birində” qəhvələr və buna bənzər bütün içkilər. İçindəkilərin yalnız zərərli və kimyəvi maddələr olduğu heç kimə sirr deyil.

3. İnək südü, tərkibindəki karbohidrat səviyyəsinin yüksək olduğu üçün. İnək südünü, badam və soya südləri ilə əvəz edə bilərsiniz (ev şəraitində hazırlana bilər).

4. “Hot Dog”, “Burger” və buna bənzər fastfood yeməklər. Bu tip yeməklər də yalnız diabetlilər deyil, hər birimiz üçün zərərlidir

5. Paket halında satılan yeməklər. Tərkibindəki yağ və sodium dəyərlərinin yüksək olması və s.

6. Şəkərli hazır səhər yeməkləri. Tərkibindəki şəkərin miqdarı həddindən artıq çox olur.

7. Şirin siroplar. Bütün növ şirin siropların tərkibində həddindən çox miqdarda şəkər mövcuddur.

8. Şərbət. Bəziləri düşünür ki, evdə hazırlanan şərbət, mağazada satılan dondurmadan daha faydalıdır və ya daha az zərərlidir. Xeyr, diabetlilər üçün şərbət istifadəsi məqsədə uyğun deyil.

9. Hazır paketlərdə satılan qızardılmış kartof və müxtəlif pendir sousları.

10. Yağda qızardılmış yeməklər. Bildiyimiz kimi yağda qızartma yeməklər nəinki diabetlilər, hər birimiz üçün zərərlidir. Bu səbəbdən yeməkləri qril və ya sobada hazırlamaq daha məqsədə uyğundur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner