Banner
Banner

Faydalı Məlumatlar

Daltoniklərə hansı sahələrdə işləmək - OLMAZ

Daltoniklərə hansı sahələrdə işləmək - OLMAZ
10:53 13 Aprel 2021

Daltonizm rəngli görmənin anadangəlmə pozuntusu sayılır. Əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Bu xəstəlik ən çox kişilərdə təsadüf edilir.

Tibb.fed.az xəbər verir ki, rəngli görmənin anadangəlmə pozuntusu ilk dəfə ingilis fiziki C.Dalton tərəfindən 1794-cü ildə təsvir edilib. Daltonizm digər görmə funksiyalarının pozulması ilə müşayiət olunmur, lakin onun aşkara çıxarılması bütün nəqliyyat növlərində, bəzi sənaye sahələrində işləyən şəxslərin, ayrı-ayrı qoşun növü hərbi qulluqçularının, habelə rəssamların, kimyaçıların və başqalarının peşə yararlılığının təyin olunması üçün əhəmiyyətlidir.

Daltonizmin diaqnostikası polixromatik cədvəlin (bir rəngdə olan rəqəm və ya fiqurun eyni parlaqlıqlı digər rəng fonunda göstərilməsi), anomaloskopun (əsas rənglərin qavranma həddinin ölçülməsi), xüsusi kompüter proqramının köməyilə yerinə yetirilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner