Banner
Banner

Faydalı Məlumatlar

Bu yaşdan sonra istəsəniz də ARIQLAYA BİLMƏYƏCƏKSİNİZ

Bu yaşdan sonra istəsəniz də ARIQLAYA BİLMƏYƏCƏKSİNİZ
16:18 21 Mart 2021

Arıqlamağın yaşla bağlı amilləri barədə çox fikirlər səsləndirilib. Bunun metabolizmə bağlı proses olduğunu mütəxəssislər söyləyib. Rusiyalı gerontoloq Yuri Konev isə arıqlamağın dəqiq yaşını göstərib. Onun sözlərinə görə qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur.

Tibb.fed.az gerontoloqun “Sputnik” radiosuna müsahibəsinə istinadən bildirir ki, ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. “Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib.

Həkimin fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir: “Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner