Banner
Banner

Faydalı Məlumatlar

Bol çiyələk yeyənlərin qocalanda yaddaşı – ZƏİFLƏMİR

Bol çiyələk yeyənlərin qocalanda yaddaşı – ZƏİFLƏMİR
16:34 23 May 2021

Bilirsinizmi ki, istixanada yetişən 20 kq çiyələk 1 kq təbii çiyələk qədər faydalı deyilmiş?

Çiyələk, alça, gilas – bunlar yazın müjdəçisidir desək, yanılmarıq. Azərbaycanda bir neçə növdə çiyələk yetişir. Nəzər yetirmisinizsə, Qubada bitən çiyələk Cəlilabadda bitmir və s. Tibb.fed.az bildirir ki, çiyələyin həm meyvəsi, həm yarpaqları, həm də saplaqları faydalıdır. Yaxşı olar ki, çiyələk alanda tələsməyəsiniz, çünki təbii çiyələklə istixanada bitən çiyələyin antioksidant təsirlərinin arasında 20 dəfəyə qədər fərq vardır, yəni 20 kiloqram parnikdə yetişən çiyələk heç 1 kilo təbii çiyələk qədər təsirli deyil.

Şəkəri olanlar üçün faydalı - 5 MEYVƏ VƏ GILƏMEYVƏ

Çiyələk qaraciyərin və böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir, qanda səviyyəsi yüksələn ziyanlı xolesterini aşağı salır, xeyirli xolesterini isə yüksəldir. Çiyələk böyrək, sidik yollarının iltihabını aradan qaldırır, tərkibi C vitamini ilə zəngindir. Çiyələkdən bol-bol yeyənlərin qocalanda yaddaşı zəifləmir və onlar Alsheymer xəstəliyinə tutulmurlar. Tərkibindəki A vitamini hesabına gözün görmə qabiliyyəti yaxşılaşır. Qəbizlikdən əziyyət çəkənlər üçün də çiyələk yemək faydalıdır. Çiyələk yüksəlmiş qan təzyiqini aşağı salır, zəngin antioksidant mənbəyi olduğundan xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə aşağı salır, dərini hamar və parlaq edir. Çiyələk ürək və qan-damar problemi olanlar üçün bir şəfa mənbəyidir. Uşaqlarınıza bu meyvəni sevdirin, çünki çiyələkdə böyüməkdə olan orqanizm üçün lazım olan çoxlu minerallar və vitaminlər vardır.

Çiyələyin tərkibində salisilatlar mədə turşuluğunu artırır, qastrit və duodenit zamanı tam yetişmiş çiyələk yeməkdən 2 saat sonra yeyilməlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner