Banner
Banner

Faydalı Məlumatlar

Bədənlərinə quruluş vermək istədilər – HƏYATLARINI İTİRDİLƏR

Bədənlərinə quruluş vermək istədilər – HƏYATLARINI İTİRDİLƏR
10:24 20 Aprel 2021

Zaman zaman gənclərin idman zallarında davamlı olaraq ''agırlıqqaldırma'', '' bədən formalaşdırma'', ''əzələbərkitmə'' kimi ideyaları ilə məşgul oldugunu görűrűk. Amma bu istəklərin sırf təbii enerji və ya orqanizmin natural gűcű hesabına baş verib-vermədiyini araşdıraq.

Tibb.fed.az Salyan rayon Mərkəzi Xəstəxanasının həkimlərinə istinadən bildirir ki, xűsusi firmalar tərəfindən təklif olunan "proteinlər", "anabolik steroidlər" və digər kimyəvi qarışıq tərkibli köməkçi vasitələrin istifadəsi, bunların fəsadını anlamadan qəbul edən gənclərdə dəb halını alıb.

"Bir cazibədar və ya idmançı bədən forması ugrunda qəbul edilən bu preparatlar hansı fəsadlara yol açır?

Təcrűbəmizdə artıq iki gənci məhz bu səbəbdən ölűmdən xilas edə bilmədik. Cərrahiyyə və űmumən təbabət bu fəsad qarşısında aciz qaldı.

Anabolik steroidlərin űrək, qan damar sistemi xəstəliklərinə, cinsi zəifliyə, dölyaratma qabiliyyətinə, böyrək patalogiyalarına, sinir sistemi ve immun sistem xəstəliklərinə səbəb oldugunu eşitmiş və oxumuş olarsınız. Amma bu dəfəki nűmunə bu preparatların qəbulundan sonra daxili qanaxmadan, təxirəsalınmaz tibbi yardım gőstərilməsinə zaman yetməyən bir situasiyadandır.

PELİOZ HEPATİT NƏDİR ?

Anabolik steroidlərin qəbulundan sonra onların qaraciyərə kəskin toksik təsiri fonunda, qaraciyərdə tək və ya bir neçə ədəd sayda, ölűməsəbəb kistaların yaranmasıdır.

Ölçűləri 5 mm-dən 5 sm-ə qədər və daha böyűk ola bilir.

Adətən pelioz hepatit əlamətsiz keçir. Yəni insan hər hansı bir agrı və ya narahatçılıq hiss etməyə bilir.

Qəfləti vəziyyətin pisləşməsi, təzyiqin enməsi, huşun itməsi isə artıq bu sistlərin partlaması və daxili qanaxmanın olmasını bildirir.

Bu o deməkdir ki, əgər steroidlərdən istifadə edən idmançı davamlı tibbi műayinə olunmursa, qaraciyərdə və umumən orqanizmdə gedən dəyişiklikləri kontrol altında saxlamırsa, məhz bu halda ölűmə gedən səbəbi də özű ilə daşıyır.

Xűlasə:

1. Anabolik steroidlərin nəzarətsiz qəbulu çox təhlűkəlidir.

2. Ideal bədən quruluşuna aparan yol sizi bu zaman ölűmə də apara bilər.

3. Cərrahiyyə və űmumən təbabət bu qanaxmalarda çox zaman gűcsűzdur.

4. Gəncliyinizi zəhərləməyin".

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner