Banner
Banner

Faydalı Məlumatlar

Başağrıni yaradan əsas səbəblərdən biri - ONURĞA PROBLEMİ İMİŞ

Başağrıni yaradan əsas səbəblərdən biri - ONURĞA PROBLEMİ İMİŞ
12:35 12 İyun 2021

Bəzən başağrılarından şikayət edən insanlar müxtəlif dərmanlar içsələr də, bunun kömək etmədiyini deyirlər. Bəzi insanlar isə bu cür dərmanlarla müvəqqəti də olsa, baş ağrılardan xilas ola bilirlər. Əksər hallarda baş ağrısı kürək və boyun ağrılarıyla müşayiət olunur.

Tibb.fed.az fizioterapevt-reabilitoloq Ramin Quliyevə istinadla bildirir ki, baş ağrıları onurğa problemlərindən qaynaqlanır. Onun sözlərinə görə, başı önə əyərkən boyun fəqərələrinin arxa hisssindəki əzələ və oynaqlar gərilir, arasındakı disklər dolur, onurğa iliyi və sinirlərə təzyiq edərək qan dövranını pozur, hətta beynə gedən qan axınının azalmasıyla beyində pozulmalara yol açır.

“Başın çiyinə görə qabaqda dayandığı hər 2.5 sm-lik fərq boyun fəqərələrinə artıq 5 kq-lıq bir yük duşməsinə yol açır. Xüsusilə kompüter qarşısında əlavə zaman keçirən insanlarda, başının altına yastıq qoyaraq yataqda kitab oxuma vərdişi olanlarda, boyun düşləşməsi inkişaf edir.

Başın önə gəlməsiylə kürəkdə kifoz meydana gəlir və çanaq sümüyü bütün bu inkişaflara təsir etdiyi üçün anterior tilt deyilən önə doğru əyilmə hərəkətini etməkdə və belin çuxurlaşmasına gətirib çıxarmaqdadır. Bu vəziyyət də ağrılarına yol açır. Eyni şəkildə üst tənəffüs əzələlərinin güçsüzləşməsi ağciyər tutumunun düşməsi nəticəsini yaradır. Keçməyən başağrıları, baş dönmələri və çənə oynağı problemləri bu vəziyyətə yoldaşlıq edə bilər”.

Ağrı kəsicilərin davamlı qəbulu isə seratonin ifrazında pozulmalar meydana gətirir.

R.Quliyevin sözlərinə görə, xoşbəxtlik hormonu adlandırılan seratonin ifraz olunmaması pasientdə bədbəxtlik hisslərini gücləndirir: “Yəni ağrıkəsici içdik - bədbəxt oldunuq”.

Bu hallardan qaçmaq üçün uzun davamlı işlərdə qısa fasilələr verərək boyunu hərəkət etdirmək vacibdir.

Yaranmış ağrının baş, boyun və kürək ağrılarına gətirib çıxarmadan vəziyyətin müəyyən olunması və düzəldilməsi lazımdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner