Banner
Banner

Faydalı Məlumatlar

Az yatmaq kişilərdə cinsi hüceyrələrin sayını azaldır: Yuxu haqqında vacib - FAKTLAR

Az yatmaq kişilərdə cinsi hüceyrələrin sayını azaldır: Yuxu haqqında vacib - FAKTLAR
14:49 11 Aprel 2021

Az yatmaq insan orqanizmi üçün bəzi təhlükələr yaradır. Bu fakt kişilərdə və qadınlarda fərqlı şəkillərdə təzahür edir, həmçinin uşaqların böyümə prosesini ləngidir.

Tibb.fed.az Böyük Britaniyanın Berkeley Üniversitetinin neyroloji və psixoloji professoru Matteu Uolkerin "Why we sleep?" kitabında yazdığı yuxu və doyunca yatmaqla bağlı vacib məlumatları bölüşür.

1. 14 ildən uzun müddət ərzində gün ərzində 6 saatdan az yatan insanlarda miokard infarktı riski gün ərzində 6 saatdan çox yatan insanlara nisbətən 400-500 dəfə yüksək olur.

2. Gün ərzində 6 saatdan az yatan insanlarda böyümə hormonu (Growth Hormon) miqdarı azalır.  Böyümə hormonu endotel adlanan damar divarını yeniləmə funksiyası görür. Böyümə hormonu azaldıqda damar divarı yenilənmir və damar sərtliyi (ateroskleroz, mönkebach arteriosklerosu və s.) adlanan xəstəliklər yaranır.

3. 6 saatdan az yatan insanlarda 2-ci tip şəkərli diabet riski 10 qat artır. Diabet isə insan həyatından ortalama 10 il alır.

4. Gün ərzində 5 saatdan az yatmaq toxluq hormonu adlanan leptinin miqdarını azaldır, aclıq hormonu adlanan ghrelini isə artırır və xroniki aclıq, bunun nəticəsində də yüksək çəki və obezite yaranır. (Yuxusuz bir vücud bolluğun ortasında belə aclıq fəryadları qoparır)

5. Az yatmaq qandakı endocannabinoid adlanan maddənin miqdarını artırır. Bu maddə kimyəvi tərkibinə görə marixuanaya yaxındır. Bu maddənin artmış miqdarında iştah patoloji olaraq artır.

6. Sadəcə 10.5 saat ya da daha az yatan 3 yaşlı uşaqların 7 yaşında piylənmə, kökəlmə riski hər gecə 12 saat yatan uçaqlara nisbətən 45% çoxdur.

7. Az yatmaq kişilərdə testesteronun və cinsi hüceyrələrin sayını azaldır. Qadınlarda menstrual tsikldə pozuntulara səbəb olur.

8. 8 saatdan az yatan qadınlarda hamiləliyin ilk 3 ayında spontan abort riski 8 saatdan çox yatanlara nisbətən bir neçə dəfə artır.

9. Sadəcə 1 gecə 4 saat yatmaq insan orqanizmində olan Natural Killer hüceyrələrin 70%-ni dolaşımdan azaldır və həmin gecənin səhəri sizin xəstələnmə riskiniz artır.

10. Gecə növbəsində işləmək ÜST tərəfindən kanserogen faktor olaraq təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, normal yuxu sutkada 8 saatdır və ən faydalısı da 23.00-07.00 arası olandır. İnsan nə qədər az yatsanız, həyatı da o qədər qısalır. Həmçinin, bütün xəstəliklərin profilaktikasının normal gecə yuxusu olduğu vurğulanır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner