Banner
Banner

Faydalı Məlumatlar

Ağrı və spazmlar: onlara qarşı – VASİTƏLƏR

Ağrı və spazmlar: onlara qarşı – VASİTƏLƏR
10:35 14 Aprel 2021

“Ağrı” terminin iki tərifi vardır. Geniş mənada – orqanizmdə orqanik və ya funksional pozulmaların inkişafına səbəb olan olduqca güclü və ya dağıdıcı qıcıqlandırıcıların təsiri nəticəsində yaranan xüsusi psixofizioloji vəziyyətdir.

Daha dar mənada ağrı (dolor) – qeyd olunan olduqca güclü qıcıqlandırıcıların təsiri nəticəsində yaranan ağır subyektiv hissdir.

Tibb.fed.az bildirir ki, ağrı zərər vuran faktorun təsirindən müdafiə etmək üçün müxtəlif funksional sistemləri səfərbər edən orqanizmin inteqrativ funksiyasıdır. İnsanda şərti olaraq ağrı iki əsas növə bölünür – xüsusi ağrı reseptorlarının- nosiseptorların- qıcıqlanması zamanı yaranan nosiseptiv ağrı və duyğu sinir liflərinin zədələnməsi nəticəsində inkişaf edən neyropatik ağrı. Boşluqlu orqanların həddən artıq yığılması və spazmı zamanı yuxarı duyğu həddi olan mexanik reseptorlar aktivləşərək kəskin ağrının yaranmasına səbəb olur. Qeyd olunan reseptorlar növü ürəkdə, qida borusunda, bronxlarda, öd yollarında, nazik və yoğun bağırsaqda, sidik yollarında, sidik kisəsində və uşaqlıqda yayılmışdır 

Spazm - əzələlərin və ya əzələ qrupunun qeyri-iradi qəfil yığılması. Ağrı sindromu zamanı əzələlərin yığılması bir tərəfdən qoruyucu refleks olub, digər tərəfdən ağrının xronikiləşməsinin patoloji mexanizmidir.

No-spa - spazm və ağrıya qarşı

No-şpa nə üçün lazımdır

Ağrı zamanı insan ənənəvi olaraq ağrını gizlədən və nəticədə diaqnozun müəyyən edilməsini çətinləşdirən ağrıkəsici vasitə qəbul edir. «Spazmolitiklər, əksinə, abdominal ağrının əsas səbəblərindən biri olan saya əzələlərinin spazmını aradan qaldırır». Əksər spazmolitiklər reseptsiz buraxılır. No-şpa qeyd olunan preparatların siyahısına daxildir.

No-şpa preparatı – saya əzələlərinin spazmı və ağrı zamanı istifadə olunan yarıməsrlik tarixi olan vasitədir. Preparat bağırsağın, öd kisəsinin saya əzələlərinin spazmı zamanı və, həmçinin saya əzələlərinin spazmı ilə bağlı ağrılı aybaşı zamanı kömək edir.

No-şpa nə zaman istifadə olunur?

No-şpa dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslı həkimlər tərəfindən klinik təcrübədə istifadə edilir

Xolesistit

xolangit

öd daşı xəstəliyi

Mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi,

qastrit,

kardiya və mədə çıxacağının spazmı,

enterit,

kolit,

qəbizlik ilə müşayiət olunan spastik kolit, meteorizm ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu zamanı digər preparatlar ilə yanaşı No-şpa saya əzələlərinin spazmının aradan qaldırılması üçün təyin edilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner