Banner
Banner

Faydalı Məlumatlar

Ağciyərlərdə - “BUZLU ŞÜŞƏ” NƏ ZAMAN TƏHLÜKƏLİDİR?

Ağciyərlərdə -  “BUZLU ŞÜŞƏ” NƏ ZAMAN TƏHLÜKƏLİDİR?
12:40 24 Aprel 2021

SarsCov2 virusunun yaratdığı COVİD-19 xəstəliyi zamanı ağciyərlərin Kompüter Tomoqrafiyası və Rentgen müayinəsində müşahidə edilən “buzlu şüşə” mənzərəsi nədir?

Tibb.fed.az Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının radioloq həkimi Aydın Əliyevə istinadla bildirir ki, kompüter tomoqrafiyası müayinəsi və rentgen müayinəsi x-şüaları vasitəsilə aparılır: “Bu şüalar havalı orqan olan normal ağciyərlərdən rahat keçir, penetrasiya edilir, az udulur, az absorbsiya edilir. Ona görə də, normal ağciyərlər KT və rentgen müayinəsində qara rəngdə görünməsinə baxmayaraq şəffaf adlanır. Çünki x-şüaları üçün şəffaf mühitdir.

Digər tərəfdən, ola bilər ki, şəxs yoluxub amma ağciyərləri zədələnməyib, KT və Rentgen müayinəsində normal görünür. Yəni ağciyərlərin normal görünməsi tam olaraq orda virusun olmaması demək deyil. KT və Rentgen virusu göstərmir, onun ağciyərdə yaratdığı xəstəliyi göstərir”.

Həkimin bildirdiyinə görə, COVID-19 xəstəliyi zamanı əgər ağciyərlərdə dəyişiklik yaranıbsa, kiçik bronxların, bronxiolların divarları qalınlaşıbsa, alveollara iltihabi maye toplanıbsa, kiçik damarlarda və kapilyarlarda tromblar yaranıbsa, o zaman x-şüaları həmin patoloji hissələrdən yaxşı keçə bilmir, qismən udulur-absorbsiya edilir. KT və Rentgen müayinəsində normalda qara görünməli olan hissələr boz görünür və bu görüntü “buzlu şüşə” (ground glass opacities) görüntüsü adlanır. Yəni şəffaf şüşə kimi yox, buzlu, hovlanmış, bulanıq şüşə kimi görünür. Əslində, ağciyərlərdə isə heç bir buzlaşma baş vermir. Sadəcə buzlu şüşə kimi görünür.

“KT və Rentgen müayinəsi protokollarında yazılan buzlu şüşə mənzərəsinin faiz dərəcəsinə gəlincə bu, təqribi olaraq ağciyər sahəsinin neçə faizinin zədələnməsini göstərir. Buzlu şüşə mənzərəsinin faizindən daha vacib göstərici barmaq uclarından Pulsoksimetr cihazı ilə ölçülən qanda oksigenin saturasiyasıdır. Məsələn, əgər KT və Rentgen müayinəsində 30-40% buzlu şüşə mənzərəsi görünürsə, lakin oksigen saturasiyası 96%-100% aralığındadırsa, vəziyyət təhlükəli deyil. Saturasiya 95%-dən aşağı düşübsə deməli, ağciyərlərin zədələnmiş sahəsi daha çoxdur və xəstənin nəfəs aldığı havadan kifayət qədər oksigeni qana keçirə bilmir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner