Banner
Banner

Doğum Evi

Oksigen Klinik Xəstəxanası (doğum şöbəsi)

 Oksigen Klinik Xəstəxanası (doğum şöbəsi)
01:23 8 Fev 2021

Oksigen Klinik Xəstəxanasında doğum şöbəsi fəaliyyət göstərir. Hamiləliyə nəzarət və doğuşa yardım həyata keçirilən bu bölmə müasir Avropa standartlarına uyğun tibbi avadanlıq və peşəkar tibbi heyətlə tam təmin olunub.

Şöbədə hamiləlik müddətində hamilələrə bütün növ xidmətlər göstərilir.

Klinikanın doğum şöbəsində dölün bətndaxili ürək döyüntülərini təyin etmək üçün istifadə olunan “DATEX OHMEDA” kardiotokoqrafiya (KTQ) aparatı mövcuddur. Bundan başqa, bu aparat vasitəsilə aşağıdakı müayinə metodlarını həyata keçirmək olur:

Hamiləlik zamanı dölün ümumi vəziyyətinə nəzarət etmək

Hipoksiya, fetoplasentar çatmamazlıq və s. halları vaxtında aşkar etməyə imkan verir.

Dölyanı mayenin çox və ya az olması, bətndaxili infeksiyaları təyin etmək.

Hamiləliyin pozulma təhlükəsi, ciftin vaxtından qabaq yetişməsi kimi hallarda hipoksiya, fetoplasentar çatmamazlıq və s. müşahidə edilir.

Aparılan terapiyanın effektivliyinin qiymətləndirilməsi.

Doğuşun gedişatını proqnozlaşdırmaq və doğuşun aparılmasında ən optimal variantı seçmək.

Hazırda bütün hamilə qadınlara hamiləliyin üçüncü trimestrində skrininq kardiotokoqrafiyadan keçmək məsləhət görülür. Oksigen Klinik Xəstəxanasında Rəngli – Dopler exokardioqrafiya ilə birlikdə kardiotokoqrafik müayinə bütün hamilə qadınlara tövsiyə edilir.

Burada hər bir pasiyent üçün sutkalıq tibb bacısı təyin olunur. Burada olduqları müddətdə bütün növ dərman preparatları, gigiyenik vasitələr və gigiyenik istifadə materialları ilə tam təmin olunurlar.

 

Doğum bölümünün həkimləri:

 

Dr. Fərəh Əlizadə

Dr. Tənzilə Əliyeva

Uzman Dr. Məhəmməd Qəmbərov

Dr. Gülnarə Ələkbərova

T.E.N. Uzman Dr. Mahir Mehdiyev

Dr. Tamara Hüseynova

T.E.N. Dr. Lalə İmanova

 

Ünvan: 

Bakı ş, Nərimanov r-nu 1959-cu məhəllə

(Nərimanov kt-nın arxası)

Telefon: (+99412) 906, (+99470) 906 09 06

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner