Banner
Banner

Doğum Evi

Mərkəzi Neftçilər Xəstəxanası (doğum şöbəsi)

 Mərkəzi Neftçilər Xəstəxanası (doğum şöbəsi)
11:36 9 Fev 2021

 

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) ginekologiya və doğum şöbəsi yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyatxana, doğuş zalları ilə əhaliyə xidmət göstərir. Şöbənin əsas iş fəaliyyəti ginekoloji xəstəliklərin müalicəsi və profilaktikası, sonsuzluqla mübarizə, normal və patoloji hamiləliklərin izlənməsi, doğuşun təmin olunmasından ibarətdir.

Xəstəxananın doğum şöbəsi 2001-ci ildən fəaliyyət göstərır. Burada indiyədək böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən minlərlə uğurlu doğuş həyata keçirilib.

Xəstəxanamızın Ginekologiya və Doğum şöbəsində hamilələr təbii doğum və göstəriş olduqda keysəriyyə əməliyyatı ilə (qeysər kəsiyi) hamiləlikdən azad olunurlar. Bütün doğuş müddəti ərzində ananın və körpənin həyati vacib funksiyaları ən müasir tibbi avadanlıqların tam nəzarətində olur. Doğum şöbəsinin nəzdində neonatologiya bölməsi fəaliyyət göstərir ki, doğuş və keysəriyyə əməliyyatından dərhal sonra körpə təcrübəli neonatoloqların nəzarətinə verilir. Burada yeni doğulmuşlar və yarımçıq doğulmuşlar üçün bütün növ müasir tibbi avadanlıqlar mövcuddur. Eyni zamanda, bütün növ ginekoloji açıq və laporoskopik əməliyyatlar həyata keçirilir.

 

Ünvan:

AZ1025, Bakı şəh.,Y.Səfərov küç. 21

Telefon:

(+994 12) 903

(+994 12) 404 28 00

(+994 12) 404 28 01

(+994 50) 225 66 56

İş vaxtı:

Bazar ertəsi-cümə 08:30-18:00

Şənbə 09:00-17:00

 Mərkəzi Neftçilər Xəstəxanası (doğum şöbəsi) | Tibb FED.AZ Mərkəzi Neftçilər Xəstəxanası (doğum şöbəsi) | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner