Banner
Banner

Diaqnostika Mərkəzləri

Quba Müalicə Diaqnostika Merkezi

 Quba Müalicə Diaqnostika Merkezi
10:12 8 Fev 2021

Ümumi sahəsi 1.3 hektar olan Quba Diaqnostika Mərkəzi 2006-cı ildə Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərən mərkəzdə 150 həkim və orta tibb işçiləri çalışır. Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 m², yanaşı binalarının sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostikası şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları var. İkinci mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir. Dörd bölmədən ibarət əməliyyat bloku, reanimasiya və anesteziologiya şöbələri üçüncü mərtəbədədir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir. Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar var. Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın istehsalı olan ən müasir tibb avadanlığı quraşdırılmışdır. Mərkəzin ərazisində qazanxana, su anbarı, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilmişdir. Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zonası salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzə gələn yola asfalt döşənib.

 

Ünvan:

AZ4011 Quba şəh. Alekseyevka kəndi

Telefon:

(+99423) 335 10 41

(+99450) 000 00 00

 Quba Müalicə Diaqnostika Merkezi | Tibb FED.AZ Quba Müalicə Diaqnostika Merkezi | Tibb FED.AZ Quba Müalicə Diaqnostika Merkezi | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner