Banner
Banner

Dərmanlar

Yapon alimləri qocalmanı ləngitməyin yolunu kəşf etdilər – TİBBDƏ YENİLİK

Yapon alimləri qocalmanı ləngitməyin yolunu kəşf etdilər – TİBBDƏ YENİLİK
12:18 19 Fev 2021

Dərman vasitənin bir neçə il ərzində tətbiq edəcəyi proqnozlaşdırılır.

Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar. Tibb.fed.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qocalma əleyhinə dərmanların istifadəsinə 5-10 ildən sonra başlana bilər.

Yaşlanma prosesi bədəndə bölünmə və yığılma qabiliyyətini itirərək iltihab və qocalmaya səbəb olan qocalma hüceyrələri tərəfindən üzə çıxır.

Yapon alimləri, bu cür hüceyrələrin mövcudluğu üçün əhəmiyyətli olan GLS1 fermentini məhv edərək qocalmanın qarşısını alan mexanizm hazırlayıblar.

Alimlər bu nəticələri siçanlar üzərində uğurlu sınaqlardan sonra əldə ediblər.

Yaponiyada, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmaya qarşı vasitə kimi istifadə edilə biləcəyinə inanılır.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner