Banner
Banner

Dərmanlar

Bu dərmanlar xaricdə QADAĞANDIR

Bu dərmanlar xaricdə QADAĞANDIR
22:11 1 Fev 2021

Apteklərimizdə hansı təhlükəli dərmanlara rast gəlmək olar.

Təqdim etdiyimiz dərman vasitələrinin satışı və istifadəsi  səhiyyəsi inkişaf etmiş ölkələrdə qadağan edilsə də, əksər postsovet ölkələrinin əczaxanalarında satılır.  Hansı təhlükəli dərman vasitələrindən istifadə etdiyimizi öyrənək.

Hər ailədə tanınan və istifadə olunan bir çox dərman məhsulu Avropa və ABŞ-da uzun müddətdir satışdan çıxarılıb. Bəzi növlərin isə ümumiyyətlə satılmasına heç vaxt icazə verilməyib.

Bunlardan bəzilərinin həm də qadağan edilmə səbəblərinə diqqətinizi çəkirik.

Arbidol. Koronavirus pandemiyası zamanı ölkəmizdə hər xəstəyə təyin olunan virus əleyhinə bu dərman vasitəsi effektiv sayılmadığı üçün Qərbi Avropa və bir çox digər ölkələrdə qadağan edilib. ABŞ-da isə arbidol ümumiyyətlə dərman kimi qeydiyyatdan keçməyib.   

Nayz, Nimesulid. ABŞ, Almaniya, Finlandiya, Belçika, İspaniya, Hindistan, İrlandiya, Kanada və Avstraliyada qadağandır. Ukrayna və Çində isə 12 yaşdan kiçik uşaqlar üçün istifadəsi yolverilməzdir. Dərman vasitələri qaraciyər funksiyasını sıradan çıxarır, mədə-bağırsaq qanamasına səbəb olurlar.

Ketorol. Almaniya, Belarusiya - qadağandır. İnsult, infarkt və anafilaktik şok riskini artırır.

Sitramon. ABŞ-da qadağandır. Ukraynada yerli istehsal olan Sitramon qadağandır. Rusiya Federasiyasında və MDB ölkələrində istifadə olunur. Digər ölkələrdə dərman haqqında məlumatlı deyillər. Böyrəklərin və beynin işini pozur, immunitet sistemini boğur.

No-Shpa, Drotaverin. Almaniya, ABŞ, İngiltərə, Danimarkada qadağandır. Hamiləlik prosesinin pozulması təhlükəsi, yüksək əks təsirlər riski.

Analgin, Baralgin, Spazmalgon, Spazgan, Pentalgin. ABŞ, Latviya, İsveç, Sinqapur, Yaponiya, Avstraliya, BƏƏ, Malayziya, Pakistan və bir sıra digər ölkələrdə qadağan edilib. Böyrək çatışmazlığına və anafilaktik şoka gətirib çıxarır, qanda sepsisə səbəb ola biləcək neytrofillərin sayını azaldır. Həmçinin xərçəngin inkişaf riskini artırır. Postsovet məkanında və o cümlədən Azərbaycanda ağrıkəsici kimi geniş istifadə olunan Analgin qanın tərkibinə mənfi təsir edir, leykositlərin səviyyəsini aşağı salır.

Aspirin. ABŞ, İngiltərə - ciddi nəzarət. Banqladeş, Türkiyə, Hindistan - qadağandır. Mədə xorasına, qaraciyər və böyrək xəstəliklərinə səbəb olur, ürəyin fəaliyyətini pozur, qanaxma riskini artırır.

Xardal suvaqlar. ABŞ-da qadağandır. Melanoma - dəri xərçənginin inkişafına kömək edir.

Zelenka. ABŞ, Almaniya - qadağandır. Rusiya və MDB xaricində heç bir yerdə istifadə edilmir. Köhnəlmiş vasitə hesab olunur.

Fenobarbital (Corvalol, Valocordin). ABŞ, BƏƏ, Litva, Estoniya, Polşa, Finlandiya, İsveç, Almaniya, İtaliya, Norveçdə qadağan edilib. Tərkibinə psixotrop maddə olan fenobarbital daxil edildiyi üçün əksər ölkələr ondan imtina edib.

Codein, Codelak Bronxo, Nurofen Plus, Pentalgin, Terpinkod. Almaniya, BƏƏ, Avstraliya, Kanadada qadağandır.

Bronxolitin. Tayland, həmçinin MDB-də qadağandır. ABŞ, Kanada, Avstraliya, Almaniyada - ciddi nəzarət.

Aktovegin. Preparat iribuynuzlu heyvanların qan və toxumalar əsasında hazırlanır, bəzi beyin xəstəlikləri, yara, yanıq və trofiki xoraların müalicəsində istifadə olunur. ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və bəzi digər ölkələrdə qadağandır.

Riboksin. ABŞ-da bu dərmanın istifadəsi qadağandır. Ürək xəstəlikləri, infarkt, qaraciyər sirrozu, mədə xorası zamanı istifadə olunur.

Meksidol. Rusiya, Belarusiya və bir neçə keçmiş sovet respublikasında qeydiyyatdan keçib. Effektivliyi tibbdə sübut olunmayıb.

Kaqosel. Virus əleyhinə preparatdır. Effektivliyi sübut olunmayıb. Qərbi Avropa və ABŞ-da istifadə olunmur.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner