Banner
Banner

Dərmanlar

Azərbaycanda tibbi sığorta hesabına 255 min - PULSUZ ƏMƏLİYYAT EDİLİB

Azərbaycanda tibbi sığorta hesabına 255 min - PULSUZ ƏMƏLİYYAT EDİLİB
00:01 24 Yan 2021

2020-ci ildə Azərbaycanda icbari tibbi sığorta tətbiq edilən ərazilərdə 255 mindən artıq pulsuz tibbi əməliyyat aparılıb. Bu barədə Tibb.FED.az-a İcbari Tibbi Sığorta Agentliyindən bildirilib: «İlkin hesablamalara görə 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib».

Bundan başqa, dövlət xəstəxanalarında mümkün olmayan və xüsusi tibbi təchizat və təminat tələb edən hallarda 2176 nəfər əməliyyat aparılması üçün özəl tibb müəssisələrinə yönəldilib. Bu şəxslərin 103 nəfəri uşaqlar olub.

Həmin əməliyyatlar arasında sayca ürək və damar cərrahiyyəsi (1252), oftalmologiya (402), urologiya (207),  neyrocərrahiyyə (179) və travmatologiya (80) üzrə əməliyyatlar çoxluq təşkil edir. Tibbi sığorta çərçivəsində uşaqlar 68 dəfə pulsuz ürək əməliyyatı edilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner