Banner
Banner

Dərmanlar

Anaferon

 Anaferon
22:15 8 Fev 2021

 

Qiyməti: 7.91 Azn

ANAFERON (homeopatik sorma tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:

Təsiredici maddə: İnsan qamma-interferonuna qarşı afin təmizlənmiş anticisimlər: C12, C30 və C200 homeopatik durulaşdırmaların qarışığı.

Köməkçi maddələr: Laktoza, mikrokristallik sellüloza, maqnezium-stearat.

Təsviri: Yastı, silindrik formalı, xətli və faskalı, hamar, eynicinsli səthli, ağ-ağ krem çalarlı, yaxud ağ bozumtul çalarlı tabletlər. Xətli yastı səthdə MATERIA MEDICA yazısı, digər yastı səthdə isə ANAFERON yazısı var.

Farmakoterapevtik qrupu: İmmunomodulyator. Virus əleyhinə dərman vasitəsi.

ATC kodu: L03AX, J05AX.

Farmakoloji xüsusiyyətləri:

Profilaktika və müalicə məqsədilə istifadə olunduqda preparat immunomodullaşdırıcı və antivirus təsir göstərir. Humoral və hüceyrə immun cavab reaksiyalarını stimullaşdırır. Anticisimlərin hasilatını (sekretor İgA da daxil olmaqla) artırır, T-effektorları və T-helperləri (Th) aktivləşdirir, onların nisbətini normallaşdırır. İmmun cavab reaksiyalarında iştirak edən T-helperlərin və digər hüceyrələrin funksional ehtiyatını yüksəldir. Endogen "erkən" interferonların (α/β) və qamma interferonların (İFHɣ) yaranmasını stimullaşdırır. Th1 və Th2 tipli qarışıq immun cavab reaksiyasının induktorudur: Th1 (İFHɣ, İL-2) və Th2 sitokinlərin (İL-4, 10) hasil edilməsini stimullaşdırır, Th1/Th2 aktivliyi balansını normallaşdırır (modulyasiya edir). Faqositlərin və NK hüceyrələrin funksional aktivliyini yüksəldir. Zədələnmiş toxumalarda virusun konsentrasiyasını aşağı salır. Həmçinin herpetik infeksiyalar zamanı antivirus təsir göstərir. Eksperimental qripoz infeksiyalarda, o cümlədən, quş qripində müalicəvi-profilaktik təsir göstərir. Antimutagen xüsusiyyətlərə malikdir.

Istifadəsinə göstərişlər:

Kəskin respirator virus infeksiyalarının (o cümlədən qripin) müalicə və profilaktikası. Xroniki residivləşən herpes virusu infeksiyalarının, o cümlədən sadə və genital herpesin kompleks müalicəsi və profilaktikası; digər kəskin və xroniki virus infeksiyaları. Müxtəlif mənşəli ikincili immunçatışmazlığının müalicəsi. Virus və bakterial infeksiya ağırlaşmalarının profilaktikası və müalicəsi.

Əks göstərişlər: preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Digər dərman vasitələri ilə hər hansı uyuşmazlığı müəyyən edilməmişdir. Lazım gələrsə, preparat digər virus əleyhinə, antibakterial və simptomatik preparatlarla birlikdə istifadə oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi: əks göstərişdir.

İstifadə qaydası və dozası:

Yeməkdən 30 dəqiqə əvvəl və ya 30 dəqiqə sonra 1 tablet qəbul edilir. Tam həll olana qədər tableti ağızda saxlamaq lazımdır (mümkün qədər çeynəmədən və udmadan).

KRVİ: Müalicəyə mümkün olduğu qədər tez - kəskin virus infeksiyasının ilk əlamətləri meydana çıxan kimi, aşağıdakı sxem üzrə başlamaq lazımdır: ilk 2 saat ərzində hər 30 dəqiqədən bir qida qəbulundan asılı olmayaraq qəbul edilir; sonra birinci gün bərabər zaman fasilələri ilə daha 3 dəfə qəbul edilir. Ikinci gündən etibarən tam sağalana qədər gündə 3 dəfə 1 tablet qəbul edilir. Preparatla müalicənin 3-cü günü yaxşılaşma müşahidə edilməzsə həkimə müraciət etmək lazımdır. Profılaktik məqsədlə preparat 1-3 ay ərzində (epidemik mövsüm müddətində) gündə 1 tablet qəbul edilir.

Herpes: Genital herpesin kəskin şəkildə meydana çıxdığı zaman preparat aşağıdakı sxem üzrə istifadə olunur: 1-3-cü günlər - gündə 8 dəfə 1 tablet, 4-5-ci günlər - gündə 7 dəfə 1 tablet, 6-7-ci günlər - gündə 6 dəfə 1 tablet, 8-9-cu günlər - gündə 5 dəfə 1 tablet, 10-11-ci günlər - gündə 4 dəfə 1 tablet. 12-21-ci günlər - gündə 3 dəfə. Residivlərin profilaktikası üçün günaşırı 1 tablet. Profilaktik küsün tövsiyə olunan müddəti - 6ay.

Əlavə təsirləri: Preparatın göstəriş üzrə və tövsiyə olunan dozalarda istifadə olunması zamanı əlavə təsirləri aşkar edilməmişdir.

Doza həddinin aşılması: Bu vaxta qədər doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması: Polivinil-xlorid örtükdən və alüminium folqadan hazırlanmış konturlu yuvalı qablamada 20 tablet. 1 qablama içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

İstehsalçı: MMC «NPF «Materiya Medika», 127473, Rusiya, Moskva, 3-cü Samoteçnıy per., ev. 9.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner