Banner
Banner

Dəri və kosmetologiya

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aparılmasının - 5 SADƏ YOLU

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aparılmasının - 5 SADƏ YOLU
14:12 10 Mart 2021

Yaşlaşdıqca qadınların dərilərində piqment ləkələri meydana gəlməyə başlayır. Piqmentləşmə qadınlarda əsasən 40 yaşından sonra meydana gəlməyə başlayır. Bəzi qadınlar üzün dərisin əmələ gələn piqment ləkələrinin qaraciyər xəstəlikləri səbəbindən baş verdiyini deyir. Amma qadın orqanizmində menopauzaya yaxın dövlər onlarda bir çox patologiyaların əmələ gəlməsinə səbəb olur. Bu patologiyalar arasında dəridə əmələ gələn ləkələr də yer alır.

Uzun, xəstəliksiz həyat üçün beş əsas şərt - MÜƏYYƏNLƏŞDİRİLDİ

Tibb.fed.az Milli.az-a istinadən aşağıdakı vasitələrlə dəridə əmələ gələn piqment ləkələrdən xilas olmağın yollarını göstərir:

1. Təzə sıxılmış aloe şirəsi

Təzə sıxılmış aloe şirəsinin tərkibində olan kimyəvi birləşmələr dərini ölmüş toxumalarda xilas edir və yeni hüceyrələrin əmələ gəlməsinə səbəb olur. Uzun müddət üzün dərisinə təzə sıxılmış aloe şirəsi sürtmək dəridəki piqment ləkələrinin aradan qalxmasına səbəb olur.

2. Təzə sıxılmış limon şirəsi  

Gün ərzində bir-neçə dəfə üzü təzə sıxılmış limon şirəsi ilə silmək piqment ləkələrinin qısa müddətdə aradan qalxmasına səbəb olur. Buna səbəb isə limon şirəsinin tərkibində olan turşulardır.

3. Xren kökü

Janett Cekninin  "Dəriniz üçün ağıllı tibbi məsləhətlər" kitabında xren kökü, limon şirəsi, sirkə və rozmarin efir yağının qarışımından hazırlanmış məhlulun dəridəki piqment ləkələrinin aradan qaldırılmasında böyük rol oynadığı qeyd edilmişdir.

4. Perekis

3-5%-li perekis məhlulu ilə üzdəki ləkələrin üstünü gündə bir-neçə dəfə silmək piqment ləkələrinin aradan qalxmasına səbəb olur.

5. Ayran

Ayran üzdə əmələ gələn piqment ləkələrinin aradan qalxmasına səbəb olur. Bunun üçün gün ərzində bir-neçə dəfə üzə ayran sürtüb quruduqdan sonra ilıq su ilə yumaq lazımdır. Ləkələrin təmizlənməsinə səbəb isə ayranın tərkibində olan süd turşusu səbəb olur.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner