Banner
Banner

Dəri və kosmetologiya

Sifətin ayrı-ayrı hissələrindəki sızanaqlar – NƏDƏN XƏBƏR VERİR?

Sifətin ayrı-ayrı hissələrindəki sızanaqlar – NƏDƏN XƏBƏR VERİR?
13:06 16 May 2021

Sızanaq xəstəliyi (prişik, akne, cizvə) – piy vəzlərinin iltihablaşması ilə əlaqədar baş verən dəri xəstəliyidir. Onlar adətən sifətdə, kürəkdə və sinədə, yəni, piy vəzlərinin çox olduğu yerlərdə əmələ gəlir.

Dərinin səthində çoxlu sayda deşiklər var. Bunlar tük follikullarının dəlikləridir. Follikullara dərinin altında yerləşən piy vəzlərinin axacaqları açılır.

Tibb.fed.az tibbi mənbələrə istinadla bildirir ki, sızanaq – tük follikulları və piy vəzlərinin mürəkkəb xəstəliyidir. Follikulların və piy vəzlərinin axacaqlarının piy və ölmüş dəri hüceyrələrilə tıxanması zamanı adi sızanaqlar yaranır.

Əgər follikullar açıq olarsa, tıxaclar qara nöqtə kimi görsənir və açıq sızanaq adlanır. Sızanaqlar bağlı da olur, yəni dəri səthi ilə əlaqəsi olmur. Belə sızanaqlar ağ rəngdə olur.

Bağlı sızanaqlarda bakteriyaların yaşaması üçün ideal şərait yaranır. Onların aktiv çoxalması iltihaba gətirir ki, nəticədə sızanaqlar irinciklərə çevrilir.

Əgər sızanaqlar üz dərinin müəyyən hissəsində təkrarən əmələ gəlirlərsə, demək əsl problem daxildə gizlənib. Qədim Çin ənənələrinə əsasən sızanaqların üzün xəritəsindəki yerini təqdim edirik.

ALIN

Üz xəritəsini tərtib edən entuziastlar alında olan problemlərin alın və sinir sistemi ilə əlaqəli olduğunu təsdiq edirlər. Alın nahiyyəsindəki səpkilər adətən stress nəticəsində əmələ gəlir, demək ona yalnız yoqa və meditasiya kömək olacaq. Həmçinin həzm orqanlarına kömək etmək üçün kifayət qədər su, meyvə və tərəvəzlər qəbul etmək vacibdir.

QAŞLARARASI HİSSƏ

Problemin məhz qaşlar arası hissədə əmələ gəlməsi həzm orqanları, qara ciyər və böyrəklərdə olan problemlərin göstəricisidir.  Bu orqanlara mənfi təsir göstərəcək  - siqaret çəkmək, spirtli içki işmək və yağlı qida. Həmçinin problem süd məhsullarına individual alergiya ilə də bağlı ola bilər.

BURUN

Ənənəvi tibb tərəfdarları hesab edirlər ki, burnun bütün tənəffüs sistemi ilə əlaqəli olması ilə yanaşı ürək və ağ ciyərlərlə də əlaqəlidir.

Əgər səni bilavasitə burnun üstündəki səpkilər narahat edirsə təzyiqi yoxlamaq və aşağı qlikemik indeksə malik qidaya keçməyi tövsiyə edirik. Həmçinin qida rasionundan ət, kofe, alkoqol və istiotlu qidaları çıxarmanız yaxşı olar.

SAĞ YANAQ

Çin təbabətinə görə bədənin sağ və sol tərəflərində fərq çox böyükdür. Əgər məhz sağ yanağında səpkilər əmələ gəlirsə, ağ ciyərlərə xüsusi diqqət verməlidir. Daimi kardio məşqlər, tənəffüs təlimləri və siqaretdən imtina tələb olunur. Həmçinin sağ yanaq orqanizmə şəkərin səviyyəsi haqda da siqnal verə bilər, ona görə də şirniyyata çox meyilli olmamaq lazımdır.

SOL YANAQ

Sol yanaq birbaşa olaraq qara ciyərlə əlaqəlidir. Ona görə də sol yanaqda səpkilər varsa, mütləq olaraq alkoqol və yağı yeməklərdən uzaq olmaq lazımdır. Bu, situasiyanı dəyişməyə kömək edəcək.

BURUN YANLARINDA OLAN NAHİYYƏ

Bu nahiyyədə olan problemlər çox vaxt nazik bağırsağın vəziyyətindən asılı olaraq dəyişir. Soyuq içkilərdən qaçmaq və səpkilərin məhz hansı yeməklərdən əmələ gəldiyini müəyyən etmək üçün qida gündəliyi tutmaq tövsiyə edilir.

ÇƏNƏ

Çənə hissəsində olan problemlər dalaq, böyrəklər və həzm sistemi ilə əlaqəli ola bilər. Problemlərdən qurtulmağa düzgün qidalanma və aktiv həyat tərzi kömək ola bilər. Bəzi hallarda çənə hissəsindəki dəri problemləri orqanizdə baş verən hormional disbalansdan da xəbər verir. Bu halda səpkilər mensturalsiya öncəsi əmələ gəlir - bu halda dermotoloqa müraciət etməyiniz məqsədə uyğun olar.

ÇƏNƏ XƏTTİ

Çənə xətti boyunca olan problemlər çox vaxt yoğun bağırsağın problemlərindən xəbər  verir.  Ona görə də qida rasionuna daha çox sellioz tərkibli qidalar əlavə etmk və kifayət qədər su içmək lazımdır. Həmçinin bu problem dişlərlə bağlı olduğu üçün də stomotoloqa müraciət etmək gərəkdir. Hormonal disbalans da bu nahiyyədəki problemlərin səbəbi ola bilər.

Sızanaqların yaranma səbəbləri;

Sızanaqların 2 əsas yaranma istiqaməti mövcuddur: hormonal və qeyri-hormonal səbəblər.

Qeyri-hormonal səbəblər:

1. Həzm, mədə-bağırsaq sistemindəki xəstəliklər. Misal üçün, kəskin və xroniki qastrit, disbakterioz, böyrəklərin daş xəstəliyi, qaraciyər xəstəlikləri.

2. Stress və depressiya endokrin sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Bu da öz növbəsində dəridə civzələrin yaranmasını sürətləndirir.

3. Genetik meyil. Bəzən elə olur ki, bütün analiz və tibbi müayinələrdən sonra insanda heç bir ciddi xəstəlik və pozğunluq aşkar olunmur. Təcrübədə müşahidə olunub ki, əgər valideynlər gənc ikən sizanaqlardan əziyyət çəkibsə, sizin də bu problemlə üzləşmək riskiniz artır.

4. Gigiyena qaydalarına düzgün əməl etməmək. Dəriniz yağlı və qıcıqlanmalara meyillidirsə, gündəlik qulluq vasitələrini daha diqqətli seçməlisiniz. Yağlı və qıcıqlanmaya meyilli olan dəri üçün qulluq vasitələrinin tərkibində adətən spirt, salisil turşusu olur, lakin bu vasitələri istifadə edərkən dərinizi nəmləndirməyi də unutmayın.

Hormonal səbəblər:

Sızanaqların ən geniş yaranma səbəbi hormonal pozğunluqdur. Endokrin sistemindəki ən kiçik dəyişiklik belə hormonal disbalansa səbəb olur. Bu isə özü özlüyündə dəridə tər və piy vəzilərinin həddindən çox aktivləşməsinə gətirir. Bunun nəticəsi olaraq sızanaqlar sürətlə artır və ağrılı xarakter daşıyır.

Bu, problemin ev şəraitində həlli yoxdur. Bunu ancaq tibbi mütəxəssis köməyi ilə müalicə edə bilərsiniz. Hormonal balansı tarazlaşdırmaq üçün endokrinoloqa müraciət etmək lazımdır. Daha sonra isə ilk növbədə dermotoloqa daha sonra isə kosmetoloqa müraciət edərək dərinin ümumi vəziyyətini bərpa etmək və yaxşılaşdırmaq olar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner