Banner
Banner

Dəri və kosmetologiya

Gözaltı göyərmələrin – SƏBƏBLƏRİ VƏ NƏ ETMƏLİ?

Gözaltı göyərmələrin – SƏBƏBLƏRİ VƏ NƏ ETMƏLİ?
12:55 15 May 2021

Günümüzdə bir çox qadın göz altındakı göylüklərdən, qaralmalardan şikayət edir.  Problemi həll etmək üçün isə, gərək səbəbini biləsən.

Tibb.fed.az xəbər verir ki, göz ətrafında yaranan göylüklər iki səbəbdən ola bilər:  tibbi və kosmetik.

Əgər səbəb tibbidirsə, yəni, müxtəlif xəstəliklərdən qaynaqlanırsa, onda bu xəstəliyi müəyyən edib, qüsurları aradan qaldırmaq üçün müalicə etmək vacibdir.

Qeyri-düzgün dəri baxımından ya da,  kiçik pozuntulardan və yanlış həyat tərzindən qaynaqlanırsa, bu kosmetik səbəb adlanır.

Göz altında açıq-mavi rəng uzun müddət  tez-tez olarsa, deməli qaraciyəriniz və böyrəklərinizdə problem ola bilər. Həkimə müraciət edib, probleminizi həll etdikdən sonra kosmetoloqla məsləhətləşib görünüşünüzü düzəldə bilərsiniz.

Əksər hallarda gözaltı qaralmalar qan damarlarının pis fəaliyyəti, xroniki və ya kəskin böyrək çatışmazlığı səbəbindən meydana çıxır. Yəni orqanizmdən ixrac olunan ifrazat yaxşı sintez olunmadıqda, qan dövranı pozulur və bu səbəbdən göz altı göyərmələr baş verir. Belə  göyərmələr bədənimizin  müxtəlif hissələrində də yarana bilər. Gözaltı dərisi həssas bölgə olduğuna görə bu tip göyərmələr daha tez nəzərə çarpır.

Əgər gözaltı dəriniz sarımtıl-göy rənginə çalırsa, onda sidik və qan analizi verməklə həkim qəbuluna düşmək mütləq şəkildə məsləhət görülür.

Uzunmüddətli yuxusuzluq, stress və C vitamini çatışmazlığı kapilyarların fəaliyyətini ləngidir. Belə olan halda emosional vəziyyət və  yuxu rejiminizi düzəltmək, eyni zamanda həkim tərəfindən təyin olunan dərman vasitələrini qəbul etməklə problemi vaxtında həll edə bilərsiniz.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner