Banner
Banner

Dəri və kosmetologiya

Botoks etdirməyin təhlükələri açıqlandı - DİQQƏTLİ OLUN

Botoks etdirməyin təhlükələri açıqlandı - DİQQƏTLİ OLUN
17:08 4 Mart 2021

Botoks etdirməyə qərar verməzdən əvvəl nələri bilmək lazımdır?

Tibb.fed.az xatırladır ki, son illərdir ki, botoks əməliyyatları  - saç kəsimi, yaxud manikür kimi adi hala çevrilib. Kosmetoloqa getmək, yoxsa təbii qocalmaq – fərdi seçim məsələsidir. Yenə də elə məqamlar var ki, inyeksiya etdirməzdən əvvəl onlar haqqında bilmək daha yaxşıdır.

Botoks – zəngin bir sənaye markasıdır. Onun 2024-cü ilədək qlobal dövriyyəsi istehsalçılara görə, 4,5 milyard dolları keçəcək. Amerika Plastik Cərrahlar Cəmiyyətinin məlumatına görə, 20-29 yaş arası insanlar arasında A tipli botulinum toksininin qəbul prosedurunun sayı son 10 ildə 28% artıb. Botoksla bağlı risklər araşdırılır.

Botoksun kosmetik və dərman təsirləri nələrdir

Botoks Clostridium botulinum bakteriyasının köməyi ilə əldə olunur. O, dərman preparatının istehsalı prosesində təsirsiz hala gətirilən bir neçə toksin istehsal edir. Nəticədə, aktiv maddə  - A tipli botulinum toksini qalır.

Botoks dünyanın 98 ölkəsində rəsmi olaraq qeydiyyatdan keçib. Onu nevroloji xəstəliklər, hiperhidroz (hədsiz tərləmə) və çəpgözlüyün müalicəsində, həmçinin kosmetik prosedurlar zamanı istifadə edirlər. Sonuncuda onun dozası əhəmiyyətli dərəcədə az olur. A tipli botulinum toksini qırışları “hamarlayaraq”, əzələ yığılmasının qarşısını alan sinir-əzələ ötürücülüyünü geri qaytarır. Yeri gəlmişkən, pasiyent bununla əlaqədar olaraq, onun mimika və xarici görünüşünün dəyişə biləcəyini anlamalıdır.

Yuxusuzluğa kömək edən ədviyyat - ZƏFƏRAN

Botoksun kosmetik məqsədlər üçün istifadəsi 2002-ci ildə ABŞ Qida və Dərman Maddələrinin Keyfiyyətinə Sanitar Nəzarət İdarəsi tərəfindən təsdiqlənib. Onu alın, qaşarası və gözətrafı zonada qırışlardan qurtulmaq üçün istifadə etmək olar.  Üzün aşağı hissəsinə gəldikdə, bu barədə indiyədək mübahisələr gedir. Rusiyada da bu sahədə çalışan kosmetoloqlar var, lakin botulinum terapiyası mütəxəssislərinin bölgələrarası ictimai təşkilatının saytında bir xəbərdarlığa rast gəlmək olar: “Ağız ətrafında qırışların korreksiyası arzuolunmaz əzələ zəifliyinin inkişaf riski, təbəssüm və artikulyasıya pozulmasına səbəb ola bilər və təcrübədə üzün üst yarımhissəsinin korreksiyasına nisbətən daha az tətbiq olunur”.

Prosedura öncəsi nələri bilmək lazımdır

İnyeksiya prosedurunu dərman qəbulu üzrə təhsil almış, nevrologiya, kosmetologiya, yaxid plastik xürurqiya üzrə sertifikatı olan mütəxəssis həyata keçirməlidir. O, pasiyentin sağlamlıq vəziyyəti və hansı dərmanları qəbul etdiyini mütləq soruşmalıdır. Qanı durultmağa kömək edən antikoaqulyant dərmanlar qəbul edərkən botoks iynəsi vurmağın arzuolunmaz olduğunu anlamaq vacibdir. Ayrı-ayrı antibiotik növləri sinir-əzələ ötürücülüyünə təsir edir və prosedurun effektivliyini azalda bilər.

Botoks üçün əks-göstərişlər

Pasiyentin sağlamlığı ilə bağlı bir sıra məhdudiyyətlər də var.

Tibb elmi səbrli olmağın – SİRRİNİ TAPDI

Aşağıdakı hallarda botoks elətdirmək olmaz:

  • Kəskin fazada infeksion xəstəliklər olduqda;
  • Hepatoblyer sistem xəstəliklərinin kəskinləşməsi zamanı (qaraciyər, mədəaltı vəz, öd yolları orqanları), həm son zamanlarda qazanılan, həm də xroniki xəstəliklər zamanı tənəffüs, sidik, yaxud həzm sistemi;
  • Qan dövranı sistemi xəstəlikləri, zəif qan laxtalanması;
  • Endokrin sisteminin işində pozulmalar, xroniki qaraciyər, yaxud böyrək çatışmazlığı, xroniki ürək çatışmazlığı;
  • Güclü miopiya (yaxıngörmə);
  • Ümumi mənfi vəziyyət, zəiflik, yorğunluq;
  • Dərmanın istənilən komponentinə yüksək həssaslıq;
  • Təklif olunan inyeksiya yerlərində iltihabi proseslər;
  • Hamiləlik və laktasiya dövründə.
    İnyeksiyanı ancaq laktasiya (südlə əmizdirmə) dövrü başa çatdıqdan sonra həyata keçirmək olar. Həkim həmçinin pasiyentə əlavə təsirlər barədə də xəbərdarlıq etməlidir. Onların əksəriyyəti, məsələn, hematoma, çürümə, baş ağrısı və ümumi zəiflik adətən müvəqqətidir və bir neçə gün ərzində yox olmalıdır. Bir neçə həftə davam edən və toksinin təsiri zəiflədikcə yox olub gedəni də olur. Buraya daxildir: asimmetriya, göz qapaqları. Çox nadir hallarda batulizm simptomları inkişaf edə bilir. Xəstə danışmaq, udmaq, nəfəs almaqda çətinlik çəkirsə və görmə problemi yaşamağa başlayırsa, dərhal həkimə müraciət etməlidir. Yaddan çıxarmaq olmaz ki, böyük dozalarda botulonium toksini həyati təhlükəli bir qida zəhərlənməsinə səbəb ola bilər.
    Botoks uzun müddət qaldıqda orqanizmə necə təsir göstərir?
    Dərmanın təsiri orta hesabla üç aydan 6 aya qədər təsir edir və pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır. Artan mimik aktivlik və stress botulinum toksininin təsirini azaldır. Prosedurdan sonra tövsiyələrə riayət etmək də vacibdir: əvvəlcə günəş altında olmaq, həddindən artıq isinmək və spirtli içki içmək əks-göstərişdir.
    Bəzi pasiyentlər botoks iynəsinə reaksiya vermirlər. 1-5% hallarda təkrar prosedurlar zamanı antitel yaranır.
    Ekspert rəyi
    Həkim-kosmetoloq Viktoriya Alekseyeva bütün A tipli botulium toksin inyeksiyasının dərman preparatı olduğuna görə ciddi şəkildə göstərişlərə uyğun həyata keçirilməli olduğunu bildirib. Onu xroniki miqren simptomlarının yüngülləşdirilməsində, yaşlı pasiyentlərdə üzün yuxarı üçdə bir hissəsində qırışların müvəqqəti korreksiyası, həmçinin aşağıdakı diaqnozlarda qəbul edirlər:
  • Blefarospazm (spazm qeyri-iradı gözqırpmaya səbəb olur);
  • Hemifasial spazm (üz əzələlərinin daralma tutmaları);
  • Servikal distoniya (əyriboyunluq spazmı), başın qeyri-düzgün, standart olmayan vəziyyətinə səbəb olan boyun əzələlərinin patoloji yüklənməsi;
  • Strabizm (çəpgözlük);
  • Sidik kisəsinin disfunksiyası.
    Profilaktik məqsədlə gənclərə botoks iynələrini yalnız mimik aktivliyin artması zamanı vurmaq olar. Bənzər proseduru etməyə hazırlaşan bir şəxsə uğurlu korreksiya etdirmiş dost-tanışlarının məsləhətlərinə qulaq asmağını tövsiyə edirəm. Bu düzəlişlərdən sonra təbii bir üz və kiçik mimik aktivliyin olması optimal nəticə hesab oluna bilər.
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner